6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

16 Yanvar 2026 21:45
Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

AzerVoice xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra edilən 5 sosial islahat paketinin sosial ödənişlərdə ciddi artımlara imkan verdiyini vurğulayıb. Ötən il də növbəti sosial islahat paketi çərçivəsində əməkhaqları, pensiya, müavinət və təqaüdlərdə növbəti artımlar edildiyi bildirilib. Əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərinin davamı olaraq yaxın vaxtlarda 1,1 mln. vətəndaşı əhatə edən pensiyaların təqribən 9 faiz civarında indeksləşdirilərək artırılmasının gözlənildiyi qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında ötən il sosial müdafiə sahəsində görülmüş işlərdən bəhs olunub, habelə son bir ildə muxtar respublikada əvvəlki ilə nisbətən 27 faiz çox olmaqla 6,8 mindən çox şəxsin aktiv məşğulluq proqramları ilə əhatə olunduğu, o cümlədən 950-dək şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd edilib. Naxçıvan Regional DOST Mərkəzinin yaxın vaxtlarda açılacağı, Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Sədərək rayonlarında DOST filiallarının yaradılması üçün əsaslı təmir işlərinin, Şahbuz DOST filalının və Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması üçün layihələndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb. Ötən il Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının fəaliyyətə başladığı, “DOST Müfəttiş” və “Rehabus” layihələrinin muxtar respublikada da həyata keçirildiyi, Naxçıvandakı reabilitasiya mərkəzlərində son bir ildə 1300-dən çox şəxsə stasionar və ambulator şəraitdə reabilitasiya xidmətlərinin göstərildiyi bildirilib.

Ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılmış işlərdən, elektron əmək müqaviləsinə keçid prosesindən bəhs olunub. Son bir ildə 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi və görülən tədbirlərlə bu vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilən 89 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi diqqətə çatdırılıb.

Ötən il 4 minədək tənha ahıl və əlilliyi olan şəxsə evlərində səyyar formada, 2,3 mindən çox şəxsə sosial xidmət müəssisələrində stasionar formada sosial xidmətlər göstərildiyi, 1620 nəfər imtiyazlı şəxsin sanator-kurort yollayışı təmin edildiyi qeyd olunub. Sosial rifahda mühüm amil olan məşğulluğun təminatı proqramlarının ildən-ilə genişləndirildiyi vurğulanıb. Son bir ildə 567 min şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə edildiyi, o cümlədən 189 min şəxsin işlə təmin olunduğu, 16,8 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatlarının yaradıldığı bildirilib.

Keçən il 887 min, ümumən ötən dövrdə 4,1 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən faydalandığı, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb. Son bir ildə 54,5 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 142 min şəxsin reabilitasiya xidmətləri, 13,7 min şəxsin 212 min reabilitasiya vasitəsi ilə təmin edildiyi qeyd olunub.

İclasda qeyd edilən sahələrdə ötən il görülmüş işlər və builki hədəflər müzakirə edilib.

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib
Məqalədə: #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Dövlət Sosial Müdafiə Fondu #Anar Əliyev #Naxçıvan Muxtar Respublikası #Naxçıvan Regional DOST Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
İqtisadiyyat

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

31 Avqust 19:32
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər

11 Avqust 19:23
DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq
Cəmiyyət

DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

9 İyul 20:36
Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü
Siyasət

Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

25 İyun 19:51

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.