12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yüz minlərlə vətəndaşı aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Dövlət Məşğulluq Agentliyində 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov məlumat verib. Onun sözlərinə görə, ötən il 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 189 min nəfər münasib işlərlə təmin edilib, 16,8 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb.

27 Yanvar 2026 20:46
Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yüz minlərlə vətəndaşı aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

AzerVoice xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyində 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov məlumat verib. Onun sözlərinə görə, ötən il 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 189 min nəfər münasib işlərlə təmin edilib, 16,8 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb.

Bildirilib ki, 2025-ci ildə özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinə daha 5 yeni istiqamət əlavə olunub, mövcud istiqamətlər təkmilləşdirilib və ilk dəfə klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib.

Agentlik rəhbəri “Məşğulluğa Dəstək Layihəsi”nin icrasının uğurla davam etdiyini vurğulayaraq qeyd edib ki, 2020–2025-ci illərdə bu layihə çərçivəsində 26,7 min nəfər üçün kiçik bizneslər qurulub. Növbəti mərhələdə isə əlavə 30 min nəfərin kiçik biznes yaratmasına dəstək göstərilməsi planlaşdırılır.

Konfransda bildirilib ki, 2025-ci ildə 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb edilib, Bakı və regionlarda 218 əmək yarmarkası təşkil olunub, bu yarmarkalarda 18 mindən çox vakansiya təqdim edilib. Eyni zamanda 343 min şəxsə düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü xidmətləri göstərilib. Ötən il “PeşəFest” tədbirləri davam etdirilib, Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib.

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramının icrası və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu da diqqətə çatdırılıb.

Mətbuat konfransında Agentliyin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də bəhs olunub. Bildirilib ki, qurum ötən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib və 13 beynəlxalq mükafata layiq görülüb. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə əsas hədəfləri açıqlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

Dövlət Məşğulluq Agentliyi 2025, aktiv məşğulluq tədbirləri Azərbaycan, özünüməşğulluq proqramı nəticələri, peşə hazırlığı kursları, əmək yarmarkaları, işlə təminat statistikası, məşğulluq siyasəti Azərbaycan, 2026 məşğulluq hədəfləri, dövlət məşğulluq proqramları, State Employment Agency Azerbaijan, employment programs 2025, self employment Azerbaijan, labor market policy, Государственное агентство занятости Азербайджан, программы занятости, самозанятость, وكالة التوظيف الحكومية أذربيجان, برامج التوظيف, 就业 机构 阿塞拜疆, 就业 计划, 고용청 아제르바이잔, 고용 프로그램, Agence de l’emploi Azerbaïdjan, politiques de l’emploi, Agência de Emprego Azerbaijão, programas de emprego, İstihdam Ajansı Azerbaycan, aktif istihdam politikaları, 雇用 政策 アゼルバイジャン

Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
Məqalədə: #Azerbaycan’da aktif istihdam politikaları #Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin nəticələrini açıqladı #2025-ci ildə 567 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub #Dövlət Məşğulluq Agentliyi 2026-cı il üçün hədəflərini təqdim etdi #Özünüməşğulluq proqramı üzrə yeni mərhələ başlayır #Minlərlə vətəndaş işlə təmin edilib – rəsmi açıqlama #Dövlət Məşğulluq Agentliyində ilin yekunları müzakirə olundu #Azerbaycan’da istihdam ajansı 2025 sonuçlarını açıkladı #567 bin kişi istihdam programlarına dahil edildi #Azerbaycan’da kendi işini kuranların sayısı artıyor #Devlet İstihdam Ajansı 2026 hedeflerini duyurdu #İstihdamda yeni projeler devreye alınıyor

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.