11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

Azərbaycanın qida və içki sənayesi məhsulları Dubayda keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu iştirak edir. Milli stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal və digər ərzaq məhsulları təqdim olunur.

28 Yanvar 2026 12:22
Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Azərbaycanın qida və içki sənayesi məhsulları Dubayda keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

AzerVoice xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu iştirak edir. Milli stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal və digər ərzaq məhsulları təqdim olunur.

Stend çərçivəsində ziyarətçilərə Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, əlverişli biznes və investisiya mühiti barədə çap materialları, eləcə də iştirakçı şirkətlərin təşviqat videoçarxları nümayiş etdirilir. Eyni zamanda, xidmət ixracının təşviqi məqsədilə Xəzəryanı regionda qida sənayesinin əsas platformalarından biri olan “InterFood Azerbaijan” sərgisi haqqında da məlumat verilir və xarici şirkətlərin bu sərgidə iştirakı təşviq olunur.

Yanvarın 30-dək davam edəcək “Gulfood 2026” sərgisi çərçivəsində AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəliyinin dəstəyi ilə yerli sahibkarlar müxtəlif ölkələrdən olan şirkət nümayəndələri ilə görüşlər keçirir, məhsulların ixracı ilə bağlı müzakirələr aparırlar.

Qeyd edək ki, hər il Dubayda təşkil edilən “Gulfood” sərgisi dünya üzrə, xüsusilə Körfəz və Yaxın Şərq regionunda qida və içki sənayesinin ən böyük ixtisaslaşmış beynəlxalq platformalarından biri hesab olunur. 2026-cı il sərgisində 195-dən çox ölkədən iştirakçılar təmsil olunur.

Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur
Məqalədə: #Azərbaycan Gulfood 2026 sərgisində milli stendlə çıxış edir #Dubayda Made in Azerbaijan qida məhsulları nümayiş olunur #Azərbaycan şirkətləri Gulfood 2026 beynəlxalq sərgisində #AZPROMO Azərbaycan məhsullarını Dubayda təqdim edir #Azərbaycan qida sənayesi Gulfood 2026da təmsil olunur #Gulfood 2026: Azərbaycan ixrac imkanlarını genişləndirir #Azerbaycan Gulfood 2026 fuarında yer alıyor #Made in Azerbaijan ürünleri Dubai’de sergileniyor #Azerbaycan gıda sektörü Gulfood 2026’da #AZPROMO Dubai’de Azerbaycan ürünlerini tanıtıyor #Gulfood 2026’da Azerbaycan standı #Azerbaycan firmaları uluslararası gıda fuarında

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.