11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.

6 Fevral 2026 23:57
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

AzerVoice-un məlumatına görə, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.

Fərhad Bədəlbəyli deyib: “Qış nağılı” Musiqi Festivalı artıq ikinci dəfədir ölkəmizin dilbər guşələrindən olan və füsunkar təbiəti ilə seçilən Qəbələ şəhərində keçirilir. Hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən bütün sənətsevərləri bir araya toplayıb. Bu gün Qəbələ sanki bütün sehrli qapılarını bizim üçün açıb. Çox gözəl hava var, biz qarı gözləyirdik. Çünki qarsız bu festival alına bilməzdi”.

Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və “Gilan”a dərin təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə “Viva Opera” adlı konsert proqramı təqdim olunub.

Simfonik Orkestr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas kollektivlərindən biridir. Opera və Balet Teatrının fəaliyyət göstərdiyi bütün dövrlərdə bu orkestrdə ən peşəkar və istedadlı musiqiçilər çalışıblar. Orkestrin dirijor pultu arxasında müxtəlif dövrlərdə Maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Kamal və Rauf Abdullayevlər kimi məşhur dirijorlar dayanıb. Hazırda Simfonik Orkestrdə 124 musiqiçi çalışır. Onlar violin, viola, violençel, kontrabas, arfa kimi simli, həmçinin piano, zərb və sair alətlərdə ifa edirlər. Avropa musiqi alətləri ilə yanaşı, orkestrdə tar, kamança kimi milli musiqi alətlərindən də istifadə edilir. Bu gün simfonik orkestrdə fəxri adlar daşıyan çox sayda professional ifaçı çalışır. Təcrübəli musiqiçilərlə yanaşı, orkestrdə gənclərə də böyük əhəmiyyət verilir. Hər il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr və Akademiyanın məzunları içərisindən ən perspektivli, bacarıqlı gənclər ciddi müsabiqə yolu ilə orkestrə qəbul edilir və burada ustad musiqiçilərdən ifaçılığının sirlərini öyrənirlər.

Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə keçən konsertdə X.Ximenes, F.Leqar, L.Delib, D.Moduno, A.Lara, A. Biksio, C.Verdi, L.Denza, C.Rossininin operalarından ariyalar, həmçinin italyan nəğməsi, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”, M.Mirzəyevin “Azərbaycan rəqsi” ifa olunub.

Solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor) və Mahir Tağızadənin (bariton) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcə biləcəklər.

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Məqalədə: #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Heydər Əliyev Fondu #Anar Ələkbərov #Leyla Əliyeva #Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası #Gilan #Qəbələ Qış nağılı II Beynəlxalq Musiqi Festivalı

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.