6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

12 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında “Bir Elin Manifesti” adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə Birinci Ümumrespublika Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə reallaşdırılıb. Layihənin ideya müəllifi Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Tərəfdaş qurumlar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Modern.az” informasiya agentliyi var.

12 Fevral 2026 23:11
“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

12 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında “Bir Elin Manifesti” adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə Birinci Ümumrespublika Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə reallaşdırılıb. Layihənin ideya müəllifi Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Tərəfdaş qurumlar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Modern.az” informasiya agentliyi var.

Məlahət İbrahimqızı çıxışında layihənin uğurla başa çatdığını bildirərək bu təşəbbüsün ədəbi mühitdə əhəmiyyətli hadisə olduğunu vurğulayıb. O. müsabiqənin ərsəyə gəlməsi prosesindən danışıb, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Millət vəkili “Bir Elin Manifesti” adının təsadüfi seçilmədiyini qeyd edərək burada bir elin ağrılı taleyinin, yurd həsrətinin və tarixi yaddaşının bədii formada ifadə olunduğunu deyib. Deputat təqdim olunan hekayələrin motivlərinə toxunaraq müəlliflərin mövzuya həssas və məsuliyyətli yanaşdığını vurğulayıb, media tərəfdaşlarına, xüsusilə “Modern.az” informasiya agentliyinə dəstəyə görə minnətdarlığını ifadə edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli layihənin yekun mərasiminin icma üçün əlamətdar hadisə olduğunu bildirib. O, vətən həsrəti anlayışının müxtəlif mərhələlərindən bəhs edərək bədii ədəbiyyatın milli yaddaşın qorunmasında xüsusi rol oynadığını qeyd edib və yazılan hekayələrin gələcəkdə dərsliklərdə yer almasının vacibliyini diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov Qərbi Azərbaycanda baş verən hadisələrin uzun illər bədii şəkildə yetərincə qələmə alınmadığını qeyd edib, bu kimi təşəbbüslərin davamlı olmasının zəruriliyini vurğulayıb və müsabiqənin təhsil müəssisələrində də təşviq edilməsini təklif edib.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “manifest” anlayışının ədəbi və ictimai məzmunundan danışaraq “Bir Elin Manifesti” ifadəsinin geniş ideya yükü daşıdığını bildirib. O, müsabiqənin təşkilində Məlahət İbrahimqızının rolunu xüsusi qeyd edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova (Nağıqızı) gəncləri yazmağa, öyrənməyə və tarixi yaddaşı qorumağa çağırıb. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı, ekspert Şurasının üzvü Hikmət Babaoğlu isə ədəbi müstəvidə milli mövqenin ifadəsinin əhəmiyyətinə toxunub.

Müsabiqənin şərtlərinə əsasən, 40 yaşadək müəlliflərin daha əvvəl heç bir yerdə çap olunmayan hekayələri təqdim edilib. Münsiflər heyətinin qərarı ilə Qaliblər müəyyənləşdirilib:

I yerin qalibi – İlhamə Nasir qızı Kərimova, “Sonuncu pərdə” hekayəsi,
II yerin qalibi – Könül Nəriman qızı Həsənova, “Əsa” hekayəsi,
III yerin qalibi – Samir Arif oğlu Abdullayev, “Onun adı Lena idi” hekayəsi.

Həvəsləndirici mükafata layiq görülən müəlliflər:
– Həmid Məzair oğlu Piriyev – “Araz da qan rəngindədir, görürsən?”
– Salman Vəli oğlu Balakişiyev – “Gəlinlik donu”, “Möcüzə”
– Nurlana Umudvar qızı Məmmədova – “Zəngi çayının səsi”
– Şəmsi Adilxan oğlu Qocayev – “Xəritənin sirri”

Kitabda Mahirə Hüseynova, Musa Quliyev, Sona İsmayılova, Şəmsi Qocayev, Təhminə Verdiyeva, Ramiz Nəsirov, Salman Balakişiyev, Könül Həsənova, Rufik İsmayılov, Xumar Ələkbərova, İlhamə Nasir, Ayşən Məmmədrzayeva, Rəna Haqverdiyeva, Kəmalə Həsənova, Azər Məmmədov, Neymət Rüstəmli, Həmid Piriyev, Samir Abdullayev, Samirə Şükürova, Nehir Akpolat, Polad Poladov, Nurlana Məmmədova, Mirzəfər Qurbanov, Mədinə Hüseynova, Atanur Nəbiyeva, Əli Kaan Əsgər, Mehriban Cəfərova, Zinyət Əhmədova, İlahə Cəfərova, Aysel Məmmədova, Azər Dəmirçiyev və İslam Əlizadə kimi müəlliflər də yer alıblar.

Tədbirdə qaliblərə diplomlar və pul mükafatları təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən seçilmiş hekayələr bir neçə xarici dilə tərcümə edilərək kitab halında nəşr olunub və mərasim çərçivəsində təqdim edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və layihənin gələcəkdə davam etdiriləcəyi bildirilib.

“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Məqalədə: #Qərbi Azərbaycan İcması #Azərbaycan Yazıçılar Birliyi #Məlahət İbrahimqızı #Bir Elin Manifesti müsabiqəsi #Birinci Ümumrespublika Müsabiqəsi #Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası #AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu #Ədəbiyyat qəzeti #Modern.az informasiya agentliyi

Mövzu üzrə digər xəbərlər

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

27 İyul 22:53
Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib
Cəmiyyət

Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

22 İyun 20:02
Bir vaxtların rep ulduzu - Qaraqan, BlackBlood, Qarğa
Redaktorun seçimi

Bir vaxtların rep ulduzu - Qaraqan, BlackBlood, Qarğa

7 İyun 11:34
Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirili
Cəmiyyət

Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirili

2 May 23:54

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.