4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

Göygöl rayonunda “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib. Tədbir “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalda dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qərbi Azərbaycanın tarixi, mədəni irsi və etnoqrafiyası sərgilərdə nümayiş etdirilib. Çıxışlarda milli yaddaşın qorunması və qayıdış konsepsiyası vurğulanıb. Tədbirdə konsert proqramı və mədəni çıxışlar təqdim olunub. Festival xatirə şəkilləri ilə yekunlaşıb.

22 İyun 2026 20:02
Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

BAKI,VOA

Göygöl rayonunda “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” adlı festival təşkil olunub.

VOA xəbər verir ki, tədbir 22 iyun 2026-cı il tarixində Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalda Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Milli Məclisin deputatları, ziyalılar, mədəniyyət xadimləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Göygöl Rayon İcra Hakimiyyətinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra festival ərazisində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən sərgi guşələri ilə tanışlıq olub. Sərgilərdə fotoşəkillər, kitablar, rəsm əsərləri, əl işləri və digər eksponatlar nümayiş etdirilib. “İrəvan” İdman Klubunun çıxışları da maraqla izlənilib.

Festivalın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaş və milli kimlik üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu istiqamətdə dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası tarixi ədalətin bərpasına xidmət edir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli isə icmanın fəaliyyəti, beynəlxalq müraciətlər və görülən işlər barədə məlumat verib. O, deportasiya olunmuş soydaşların öz yurdlarına qayıdışının əsas məqsəd olduğunu vurğulayıb.

Çıxışlarda Qərbi Azərbaycan irsinin qorunması, milli yaddaşın yaşadılması və tarixi torpaqlara qayıdış ideyasının əhəmiyyəti xüsusi qeyd olunub.

Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib, yeni üzvlərə vəsiqələr təqdim olunub, icmaya xatirə hədiyyəsi verilib.

Festivalın bədii hissəsində “Yurdun səsi” konsert proqramı təqdim olunub. Aşıq musiqisi, xalq rəqsləri və milli sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib
Məqalədə: #Azərbaycan #Qərbi Azərbaycan #Qərbi Azərbaycan İcması #Əziz Ələkbərli #Heydər Əliyev #festival #İlham Əliyev #Mədəniyyət #Vüqar Novruzov #Göygöl

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.