5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

16 Fevral 2026 18:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

AzerVoice Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Din Xadimlərinin I Forumuna ünvanladığı müraciətində öz əksini tapmış tövsiyələr, eləcə də digər müvafiq tapşırıqlar 2025-ci il ərzində görülən işlərin səmərəli olmasına zəmin yaradıb. Dövlət başçısı tərəfindən imzalanmış müvafiq sərəncamlarla Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında və Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi vəzifəsinin Komitəyə həvalə olunması qurumun fəaliyyət istiqamətləri üzrə yeni öhdəlik müəyyənləşdirib.

Sədr vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzi tərəfindən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filmi hazırlanıb, xaricdə yaşayan soydaşlarla dini-mənəvi əlaqələrin gücləndirilməsi istiqamətində Türkiyə və Gürcüstanda iftar tədbirləri təşkil olunub. “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində 250 məscid 25 min kitabla təmin edilib. “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Misir daxil olmaqla 14 ölkənin nüfuzlu universitetlərindən 40-a yaxın alim və mütəxəssis iştirak edib.

Dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd olunan məqamların vacibliyini vurğulayan R.Məmmədov Dövlət Komitəsinin 2026-cı il üzrə fəaliyyətinin əsas prioritetləri sırasında rəqəmsal transformasiya çərçivəsində xidmətlərin elektronlaşdırılması, süni intellekt əsaslı texnoloji həllərin tətbiqinin yer aldığını bildirib. Həmçinin dini qurumların fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dini təhsil müəssisələrinin fəaliyyəti, dini maarifləndirmə işinin gücləndirilməsi, dini-mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Kollegiya iclasında Dövlət Komitəsinin ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin təbliği məqsədilə çoxsaylı tədbirlər keçirilib, dini radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə aparılması məqsədilə 7 regional konfrans təşkil olunub.

780 İslam dini icması, 27 digər dini konfessiya və 21 ziyarətgah maliyyə hesabatını təqdim edib. Hesabat dövründə 51 din xadimi vakant yerlərə təyin olunub, 3598 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq espertizasında keçirilib.

Komitənin beynəlxalq əlaqələrinin genişləndirilməsinin diqqətdə saxlanıldığı, 11 xarici ölkəyə səfər, müxtəlif ölkələrin dövlət və dini qurumlarının rəhbərləri ilə 25 görüşün keçirildiyi qeyd olunub.

Bildirilib ki, Dövlət Komitəsinin rəsmi veb-saytı müasir tələblərə uyğun yenilənib, saytda 814 xəbər dərc olunub, sosial media platformaları vasitəsilə isə ümumilikdə 2181 məlumat təqdim edilib.

İclasda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və tabeliyindəki qurumların “2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair” hesabatı da dinlənilib. Hesabatda dini durumun öyrənilməsi, tolerantlıq mühitinin və dövlət-din münasibətlərinin möhkəmləndirilməsi, radikal dini təmayüllərin vaxtında müəyyən edilməsi və din xadimləri üçün təkmilləşdirmə kurslarının nəticələri haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və dindarlarla mütəmadi görüşlər keçirilib, radikalizmə qarşı bölgələrdə 42 maarifləndirmə iclası təşkil edilib. Hesabat dövründə 60 nəfər təkmilləşdirmə kurslarında iştirak edib, hazırda 60 nəfərin kurslarda təlimi davam etdirilir.

Kollegiya iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin “2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair” hesabat haqqında məruzə də təqdim olunub. Vurğulanıb ki, ötən il 3-ü əcnəbi olmaqla 48 nəfər bakalavr, 8 nəfər isə magistr pilləsini bitirib. 2025/2026-cı tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna bakalavriat səviyyəsi üzrə 78, magistratura səviyyəsi üzrə 3 tələbə, doktorantura pilləsinə isə 2 tələbə qəbul olub. İnstitutda hazırda 305 tələbə (bakalavr, magistr, doktorant) təhsil alır. Aİİ ilə Qazaxıstan Respublikasının “Nur-Mübarək”, Misir İslam Mədəniyyəti, Türkiyə Respublikasının “İstanbul 29 Mayıs” və Malayziya Beynəlxalq İslam Universiteti arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən tələbə mübadilələri aparılıb.

Həmçinin 2025-ci ildə Bakı İlahiyyat Kollecinin “Dini-mənəvi xidmət” ixtisasına tam (11 illik) orta təhsil bazasından 15 nəfərin, ümumi (9 illik) orta təhsil bazasından 15 nəfərin qəbul olduğu bildirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun hesabatında din xadimlərinə aylıq maddi dəstək göstərildiyi, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təqaüd proqramlarının icra edildiyi vurğulanıb. Həmçinin beynəlxalq simpozium, təlimlər və “Mənəvi dəyərlər” həftəsi kimi layihələr, din xadimlərinin peşəkarlılığının artırılması məqsədilə keçirilən seminar-treninqlər, Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edildiyi diqqətə çatdırılıb.

Regional bölmələrin fəaliyyəti barədə çıxışlarda bölgələr üzrə dini durum, dini icmaların aktivliyi, dini maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran çağırışlar barədə məlumat verilib.

Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcəkdir.

Daha sonra Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri, eləcə də gündəlikdə olan digər məsələlər barədə məruzələr dinlənilib.

Aparılan müzakirələr zamanı səsləndirilən rəy və təkliflər nəzərə alınaraq, kollegiyanın gündəliyinə daxil edilmiş məsələlər üzrə müvafiq qərar qəbul edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Bakı Media Mərkəzi #Ramin Məmmədov #Mənəvi Dəyərlərin Təbliği Fondu #Azərbaycan Din Xadimlərinin I Forumu #Harmoniya sənədli filmi

Mövzu üzrə digər xəbərlər

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib
Cəmiyyət

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

3 Avqust 18:32
Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
Cəmiyyət

Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

20 İyul 18:04
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Cəmiyyət

Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

9 İyul 16:39

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.