5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Pir Həsən” ziyarətgah kompleksini və Buzovna “Cümə” məscidini ziyarət edib. O, tarixi-dini abidələrin bərpasının milli-mənəvi irsin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Komitə sədri bu məkanların xalqın mənəviyyat rəmzləri olduğunu vurğulayıb. Görüşlərdə Heydər Əliyev Fondunun və dövlətin dini-tarixi abidələrin qorunmasına verdiyi töhfələr qeyd olunub. Din xadimləri həyata keçirilən bərpa işlərinə görə təşəkkürlərini bildiriblər. Tarixi ibadətgahların gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Görüşlərdə Milli Məclisin deputatı Soltan Məmmədov da iştirak edib.

20 İyul 2026 18:04
Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

BAKI,VOA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 20-də Bakı şəhəri Xəzər rayonunda yerləşən, xalqımızın zəngin dini-tarixi irsinin önəmli nümunələrindən olan Mərdəkan qəsəbəsindəki "Pir Həsən" ziyarətgah kompleksində və Buzovna qəsəbəsindəki “Cümə” məscidində olub.

Hər iki məkanda keçirilən görüşlərdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, tarixi-dini ocaqlarımızın qısa müddətdə bərpa olunaraq yenidən istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizə olan xüsusi ehtiramının növbəti əyani sübutudur. Bildirilib ki, həm “Pir Həsən” ziyarətgah kompleksindəki müqəddəs türbələr, ərazidə dəfn olunmuş dahi şəxsiyyətlərin məzarları, həm də Buzovna “Cümə” məscidi xalqımızın mənəviyyat rəmzləridir və dövlətin diqqəti sayəsində öz tarixi əzəmətinə qovuşublar.

Ramin Məmmədov bu qəbildən olan layihələrin xalqımızın çoxəsrlik mədəni və mənəvi irsinin gələcək nəsillərə bütöv şəkildə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib. Komitə sədri vurğulayıb ki, tarixi ibadətgahların öz orijinallığı ilə qorunub saxlanılması gənclərdə milli kimliyə bağlılıq, tarixi yaddaş və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır.

Din xadimləri bu müqəddəs məkanların qorunmasına və əsaslı şəkildə təmir edilərək xalqın ixtiyarına verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən təmin edilən bu yüksək şəraitin cəmiyyətdə milli-mənəvi birliyin möhkəmləndirilməsi, dini maarifləndirmə istiqamətindəki fəaliyyətlərin daha səmərəli təşkilinə möhkəm zəmin yaratdığını qeyd ediblər.

Qeyd edək ki, görüşlərdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov da iştirak edib.

Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Tarixi Abidələr #Pir Həsən ziyarətgahı #Buzovna Cümə məscidi #Dini irs

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.