12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında xurma paylanması mərasimi keçirilib. Mərasimdə iştirak edən Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı Krallığı qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir Əbdülkərim bin Əbdüllətifin himayəsi ilə icra olunur.

17 Fevral 2026 17:05
Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında xurma paylanması mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, mərasimdə iştirak edən Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı Krallığı qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir Əbdüllətif Al Şeyxin himayəsi ilə icra olunur.

Bildirilib ki, xurma paylanması İslam ənənələrində xüsusi yer tutan mərasimlərdən biridir. Bu adət Ramazan ayı və anım mərasimləri, xeyirxahlıq tədbirləri, eləcə də Həcc ziyarətindən qayıdış zamanı Allahın nemətlərinə şükür və rəhmət diləyi niyyəti ilə həyata keçirilir.

Səfir qeyd edib ki, gətirilən xurmanın böyük hissəsi Qafqaz Müsəlmanları İdarəsinə təhvil veriləcək, qalan hissə isə Səudiyyə Ərəbistanı səfirliyi tərəfindən Azərbaycan Respublikasının müvafiq rəsmi qurumları vasitəsilə ehtiyac sahiblərinə paylanacaq.

Diplomat vurğulayıb ki, bu kimi humanitar proqramlar və xeyriyyə təşəbbüsləri İslam dəyərlərinə, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslanır, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu proqram Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə dünyanın 100-dən artıq ölkəsini əhatə edir.

Diqqətə çatdırılıb ki, Səudiyyə Ərəbistanı Krallığının Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzinin himayəsi ilə yaxın vaxtlarda növbəti mərhələdə daha 25 ton xurmanın Azərbaycana göndərilməsi nəzərdə tutulur. Həmin partiya aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil veriləcək.

Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb
Məqalədə: #Azərbaycan #Səudiyyə Ərəbistanı

Mövzu üzrə digər xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.