11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir.

17 Fevral 2026 17:13
Baku
Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

BAKI,AzerVoice

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir.

AzerVoice xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin bu istiqamətdə təşkil etdiyi növbəti təlimlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub. Təlimin ilk günündə sakinlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə qaydaları, meyvə bağlarının salınması, texnikalardan səmərəli istifadə barədə maarifləndirici sessiyalar keçirilib.

Tədbir zamanı fermerlərə EKTİS vasitəsilə müraciətlərin elektron qaydada aparılması və sistemdən effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib. Həmçinin müasir meyvəçiliyin əsas prinsipləri, məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından düzgün və qənaətli istifadə üsulları izah edilib.

Təlim interaktiv formatda təşkil olunub, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimlər Aqrar Təlim Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nın 3.6-cı bəndinə uyğun olaraq təşkil edilir. Bugünədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, eləcə də Laçın rayonunun Zabux kəndlərində yaşayan sakinlər üçün belə nəzəri və praktiki təlimlər keçirilib. Hər bir rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşdığı sahələr nəzərə alınmaqla təşkil olunan təlimlər yerli əhalinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Məqalədə: #Aqrar Xidmətlər Agentliyi

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.