13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı Konqres Mərkəzində Dövlət Proqramına həsr olunan tədbir təşkil olunub

10 mart tarixində Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib. Tədbir Dövlət Proqramının təqdim etdiyi imkanlar, proqrama müraciət qaydaları və seçim meyarları haqqında gənclərin məlumatlandırılmasına həsr olunub

10 Mart 2026 20:11
Bakı Konqres Mərkəzində Dövlət Proqramına həsr olunan tədbir təşkil olunub

BAKI, VOA, Orxan Qədirzadə

10 mart tarixində Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib.

VOA Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbir Dövlət Proqramının təqdim etdiyi imkanlar, proqrama müraciət qaydaları və seçim meyarları haqqında gənclərin məlumatlandırılmasına həsr olunub.

Prioritet ixtisas sahələri üzrə istedadlı və potensiallı gənclərin iştirakını təşviq etmək məqsədi daşıyan sessiya Tələbə Gənclər Təşkilatının yerli ali təhsil müəssisələri üzrə nümayəndələri və üzvlərinin iştirakı üçün nəzərdə tutulub.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Dövlət Proqramının ölkənin prioritet inkişaf istiqamətlərinə uyğun olaraq insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında gənclərin xaricdə qazandıqları ali biliklər vasitəsilə cəmiyyətin inkişafına töhfə verdiklərini bildirib. O, beynəlxalq təhsil imkanlarından yararlanan gənclərin milli dəyərlərə sadiq qalaraq Azərbaycanın gələcək inkişafına təkan verməsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov gənclərin potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Dövlət Proqramı kimi layihələr gənclərin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına imkan yaradır.

Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı çıxışında qeyd edib ki, neft kapitalının intellektual kapitala çevrilməsi dövlətin prioritet siyasətidir və Dövlət Neft Fondu proqramın əsas maliyyə dəstəkçisi kimi ölkənin gələcək tərəqqisinə qoyulan ən səmərəli investisiyalardan birini həyata keçirir. O həmçinin bildirib ki, Dövlət Proqramı sayəsində yetişən mütəxəssislər milli iqtisadiyyatın dayanıqlı idarəedilməsində mühüm rol oynayacaqlar.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov çıxışı zamanı gənclərin təhsil və şəxsi inkişaf imkanları barədə məlumatlandırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətindən söz açıb. O bildirib ki, Tələbə Gənclər Təşkilatının ali təhsil müəssisələri üzrə nümayəndələrinin bugünkü tədbirə cəlb olunması onlar vasitəsilə gənclərin Dövlət Proqramı xətti ilə xaricdə təhsil imkanları barədə məlumatlılığının artırılmasına yönəlib.

Açılış mərasiminin ardınca baş tutan təqdimat hissəsində proqram mütəxəssisləri iştirakçılara Dövlət Proqramının təklif etdiyi imkanlar və müraciət qaydaları haqqında ətraflı məlumat veriblər.

Daha sonra proqram məzunları Abdullayeva Nərmin (“Imperial College London”, Strateji marketinq/magistratura), İsmayılzadə-Əsgərova Nigar ("London School of Economics and Political Science", Dövlət siyasəti/ magistratura), Hüseynli Şəhriyar ("London School of Economics and Political Science", Dövlət idarəetməsi / magistratura) Dövlət Proqramının onların şəxsi və karyera inkişaflarındakı rolundan bəhs edib, eyni zamanda auditoriyanın suallarını cavablandırıblar.

Məqalədə: #Təhsilinlə fərqlən: Qlobal təcrübə #milli dəyər adlı tədbir keçirilib #Bakı Konqres Mərkəzində Dövlət Proqramına həsr olunan tədbir təşkil olunub #Gənclər üçün xaricdə təhsil imkanları təqdim olundu #Dövlət Proqramı çərçivəsində gənclərin maarifləndirilməsi tədbiri keçirildi #Bakı Konqres Mərkəzində təhsil mövzusunda geniş tədbir

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.