6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Hamlet İsaxanlı qeyd edib ki, Xəzər Universiteti dünya və regional reytinqlərdə yüksələn xətt üzrə yer almaqdadır.

17 Mart 2026 18:15
Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu

BAKI, VOA, Orxan Qədirzadə

Martın 17-də Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilib.

VOA xəbər verir ki, Yubiley mərasimi universitetin tələbələrindən ibarət xor kollektivinin kamera orkestrinin müşayiətində Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Hamlet İsaxanlı qeyd edib ki, Xəzər Universiteti dünya və regional reytinqlərdə yüksələn xətt üzrə yer almaqdadır.

Daha sonra universitetin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.

Rektor Raziya İsayevа universitetin tələbələri və əməkdaşlarının ABŞ-də mübadilə proqramlarında iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, Xəzər Universiteti yalnız ali təhsil müəssisələri ilə əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, “British Council” kimi bir çox beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurur və çoxsaylı layihələr həyata keçirir. Rektor qeyd edib ki, alimlər universitetə cəlb olunaraq tədris və elmi-tədqiqat fəaliyyətinə töhfə verirlər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və dünyanın müxtəlif universitetlərinin rəhbərləri Xəzər Universitetinin təkcə Azərbaycanın deyil, regionun seçilən ali məktəblərindən biri olduğunu vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, universitetin məzunları ölkənin elmi inkişafına və intellektual cəmiyyətin formalaşmasına mühüm töhfələr veriblər.

Sonda xüsusi yubiley təltifləri təqdim edilib. Yubiley mərasimi incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
Məqalədə: #Bakı #Hazar Üniversitesi 35. Yılını Kutluyor: Hamlet İshakhanlı'dan Tarihi Mesajlar #Xəzər Universitetinin 35 yaşı: Hamlet İsaxanlı uğur strategiyasından danışdı #AzerVoice: Regionun ilk özəl ingilisdilli universitetinin yubileyi qeyd edilib #Fərid Qayıbov və Birol Akgün Xəzər Universitetinin 35 illik tədbirində iştirak ediblər #Xəzər Universiteti 35 il: Beynəlxalq tərəfdaşlıqdan qlobal reytinqlərə #Azərbaycanda ali təhsilin modernləşməsi simvolu: Xəzər Universitetinin yubileyi #35 illik akademik yol: Xəzər Universitetinin məzunları elmi inkişafa töhfə verir

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

21 Avqust 10:52

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.