6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Kanadada “31 Mart - azərbaycanlıların soyqırımı günü” və “Aprel Döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib

29 mart 2026-cı il tarixdə, Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və “Aprel Döyüşlərinin” 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə, Səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak etmişlər.

30 Mart 2026 21:20
Baku
Kanadada “31 Mart - azərbaycanlıların soyqırımı günü” və “Aprel Döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib

BAKI,VOA

29 mart 2026-cı il tarixdə, Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və “Aprel Döyüşlərinin” 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə, Səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak etmişlər.

VOA xəbər verir ki, tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Vüsal Süleymanov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımları barədə məlumat vermis, “Aprel döyüşlərinin” Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. V.Süleymanov çıxışında həmçinin Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri, regionda sülhün və sabitliyin təmininə yönəlmiş siyasəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra çıxış edən məktəbin müəllimələri Vüsalə Əhmədova və Ülviyyə Rəhimova xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmış, “Aprel döyüşləri”nin Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı olduğunu bildirmişdir.

Tədbir zamanı Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilmiş, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilmişdir.

Kanadada “31 Mart - azərbaycanlıların soyqırımı günü” və “Aprel Döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib Kanadada “31 Mart - azərbaycanlıların soyqırımı günü” və “Aprel Döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib Kanadada “31 Mart - azərbaycanlıların soyqırımı günü” və “Aprel Döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib
Məqalədə: #Kanada #31 MART #Azərbaycan Respublikasının Kanadada Səfirliyi

Mövzu üzrə digər xəbərlər

Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb
Digər Dövlətlər

Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

28 Avqust 19:19
Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib
Digər Xəbərlər

Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib

27 Avqust 21:19
ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb
Digər Dövlətlər

ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

25 Avqust 22:06
ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb
Digər Dövlətlər

ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb

25 Avqust 16:53

Son Xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.