6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək

Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və "Comelson" şirkətinin birgə təşkilatçılığı ilə 7-9 oktyabr 2026-cı il tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan "Baku Crystal Hall"da "Comelson Business Expo 2026" sərgisi baş tutacaq.

31 Mart 2026 21:50
Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək

BAKI, VOA, Orxan Qədirzadə

Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və "Comelson" şirkətinin birgə təşkilatçılığı ilə 7-9 oktyabr 2026-cı il tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan "Baku Crystal Hall"da "Comelson Business Expo 2026" sərgisi baş tutacaq.

VOA xəbər verir ki, "Tanıtım, tərəfdaşlıq və inkişaf" devizi altında keçirilən bu beynəlxalq platforma ölkənin biznes ekosistemini bir araya gətirərək şirkətlərə öz məhsul və xidmətlərini peşəkar səviyyədə təqdim etmək üçün geniş imkanlar yaradacaqdır.

Üç gün davam edəcək sərgi çərçivəsində 200-dən çox şirkətin iştirakı, 15 000-dən artıq ziyarətçinin qəbulu və çoxsaylı dövlət qurumlarının təmsil olunması gözlənilir. Sərgi iştirakçılara təkcə brendlərini tanıtmaq deyil, həm də hədəf müştərilərlə birbaşa ünsiyyət qurmaq, B2B, B2G və B2C formatlı əlaqələr vasitəsilə yeni tərəfdaşlıqlar və investisiya imkanları əldə etmək şansı verəcəkdir. Bundan əlavə, tədbir bazarın, rəqiblərin və müasir trendlərin real mühitdə analiz edilməsi, satışların artırılması və korporativ imicin gücləndirilməsi üçün ideal məkan rolunu oynayacaq.

İştirakçılar üçün nəzərdə tutulan xüsusi paketlərə sərgi sahəsinin təchizatı ilə yanaşı, geniş media dəstəyi, monitorlarda loqoların yayımlanması, "Qala Gecəsi"nə dəvətnamə və tədbirdən sonra tərəfdaş şirkətlərlə əlaqələrin davam etdirilməsinə dəstək kimi xidmətlər daxildir. Sərgi çərçivəsində keçiriləcək forumlar, reportajlar və sosial media yayımları brendlərin daha geniş auditoriyaya çatmasına şərait yaradacaqdır. Sərgi barədə ətraflı məlumat almaq və gələcək biznes strategiyalarına dəyər qatmaq istəyən bütün sahibkarlar və şirkət rəhbərləri bu mühüm tədbirə dəvətlidir.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Comelson Business Expo 2026- nın rəsmi media tərəfdaşıdır.

Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək Bakıda "Comelson Business Expo 2026" beynəlxalq biznes sərgisi keçiriləcək
Məqalədə: #Bakıda Comelson Business Expo 2026 sərgisi keçiriləcək: Biznes dünyası bir arada #AKİAB və Comelson-dan böyük layihə: Bakıda beynəlxalq sərgi hazırlığı #Baku Crystal Hallda 200-dən çox şirkət toplanır: Comelson Business Expo #Sahidkarların diqqətinə: Oktyabrda Bakıda böyük tərəfdaşlıq platforması qurulur

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.