7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar

İyunun 11-də Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və klinikasına səfər ediblər. Qonaqlar universitetin əsas binası və rəhbərlik tərəfindən həyata keçirilən təhsil strategiyası ilə tanış olublar. Fakültənin auditoriyaları, tədqiqat laboratoriyaları və Simulyasiya Mərkəzi nümayiş etdirilib. Klinikanın şöbələri, laboratoriyaları və tibbi avadanlıqları qonaqlara təqdim olunub. Nazir vəzifəlilər tələbələr, akademik heyət və əməkdaşlarla görüşərək tibb təhsili və səhiyyə inkişafını müzakirə ediblər. İnteraktiv görüşdə nazirlər sualları cavablandırıb, dövlət prioritetlərini açıqlayıblar. Universitetin yüksək ixtisaslı tibbi kadrlara töhfəsi və modern səhiyyə-ekosistem layihələri diqqət mərkəzində olub. Tələbə yataqxanası və İncəsənət fakültəsinin musiqi proqramı da nümayiş olunub.

11 İyun 2026 18:40
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar

BAKI,VOA

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər.

VOA xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub.

Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.

İnteraktiv formatda keçən görüşdə nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.

Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.

Qonaqlar həmçinin universitetin tələbə yataqxanasında tələbələr üçün yaradılmış yaşayış şəraiti və təqdim olunan imkanlarla tanış olublar.

Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı musiqi proqramını da izləyiblər.

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar
Məqalədə: #Emin Əmrullayev #Qarabağ Universiteti #Teymur Musayev #Tibb və sağlamlıq elmləri fakültəsi #klinikalar #təhsil strategiyası

Mövzu üzrə digər xəbərlər

Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar
Cəmiyyət

Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

27 Avqust 11:20
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28
Səhiyyə Nazirliyində BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüş keçirilib
Cəmiyyət

Səhiyyə Nazirliyində BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüş keçirilib

1 İyul 17:58
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
Rəsmi Xronika

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

29 İyun 19:25

Son Xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.