8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Vergi Administrasiyaları rəhbərlərinin 1-ci görüşü keçirilib. Azərbaycanı tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

16 İyun 2026 12:44
DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

BAKI,VOA

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Vergi Administrasiyaları rəhbərlərinin 1-ci görüşü keçirilib. Azərbaycanı tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

VOA xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Tədbirin açılışında çıxış edən TDT Baş katibinin müavini Merey Mukajan bildirib ki, ilk görüş üzv dövlətlərin ortaq baxışının praktik əməkdaşlıq mexanizmlərinə çevrilməsi istiqamətində vacib addımdır. Merey Mukajan modern vergi idarəçiliyində rəqəmsallaşma və süni intellekt texnologiyalarının artan rolunu qeyd edərək, bu sahədə birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkib. Tədbir çərçivəsində Macarıstan tərəfi Milli Vergi və Gömrük Administrasiyasında süni intellekt həllərinin tətbiqi sahəsində əldə olunan təcrübəni iştirakçılarla bölüşüb.

DVX-nin rəisi Orxan Nəzərli qlobal iqtisadiyyatın sürətlə dəyişən çağırışlarının vergi sistemlərindən daha çevik və innovativ yanaşmalar tələb etdiyini vurğulayıb. Orxan Nəzərli Azərbaycanda həyata keçirilən vergi islahatları və rəqəmsal transformasiya prosesi barədə təqdimat edərək bildirib ki, risk əsaslı vergi inzibatçılığı modelinin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və nağdsız hesablaşmaların təşviqi nəticəsində iqtisadi fəaliyyətin şəffaflığı artıb, könüllü əməletmə səviyyəsi yüksəlib. DVX rəisi innovasiyaların uğurlu tətbiqində insan kapitalının həlledici rol oynadığını və vergi ödəyicilərinin etimadının əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Görüşün yekununda iştirakçı ölkələrin vergi administrasiyalarının rəhbərləri tərəfindən əməkdaşlığın gələcək inkişaf istiqamətlərini əks etdirən Birgə Kommunike imzalanıb.

Səfər çərçivəsində DVX rəisi Orxan Nəzərli Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayrakdar və Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbərinin müavini Şila Tamaş ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib
Məqalədə: #Macarıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Budapeşt

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.