11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Sinqapur Konvensiyasının məqsədi nədir?

Sinqapur Konvensiyasının əsas məqsədi beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya nəticəsində əldə edilmiş barışıq sazişlərinin müxtəlif dövlətlərdə tanınmasını və icrasını asanlaşdırmaqdır. Bu sənəd 2019-cu ildə qəbul edilmiş və mediasiyanın beynəlxalq ticarətdə tətbiqini genişləndirməyə xidmət edən mühüm hüquqi mexanizmdir.

29 İyun 2026 13:04
Sinqapur Konvensiyasının məqsədi nədir?

VOA-nın təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev Sinqapur Konvensiyası barədə mühüm məqamlara aydınlıq gətirib.

- Sinqapur Konvensiyasının məqsədi nədir?

Sinqapur Konvensiyasının əsas məqsədi beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya nəticəsində əldə edilmiş barışıq sazişlərinin müxtəlif dövlətlərdə tanınmasını və icrasını asanlaşdırmaqdır. Bu sənəd 2019-cu ildə qəbul edilmiş və mediasiyanın beynəlxalq ticarətdə tətbiqini genişləndirməyə xidmət edən mühüm hüquqi mexanizmdir.

Konvensiya tərəflərə məhkəmə prosesinə müraciət etmədən, qarşılıqlı razılıq əsasında əldə etdikləri mediasiya sazişlərinin digər iştirakçı dövlətlərdə də hüquqi qüvvəyə malik olmasına şərait yaradır. Beləliklə, beynəlxalq kommersiya münasibətlərində hüquqi müəyyənlik artır, tərəflərin etimadı möhkəmlənir və mübahisələrin sülh yolu ilə həlli təşviq olunur.

- Mediasiya sazişlərinə hansı üstünlük verir?

Sinqapur Konvensiyası mediasiya sazişlərinə beynəlxalq hüquqi etibarlılıq qazandırır və onların icrasını daha əlçatan edir. Əvvəllər beynəlxalq xarakterli barışıq sazişlərinin icrası üçün tərəflər çox zaman ayrıca məhkəmə qərarı əldə etməli olurdular. Konvensiya isə bu proseduru sadələşdirərək mediasiya yolu ilə əldə olunmuş razılaşmaların birbaşa tanınması və icrası üçün hüquqi əsas yaradır.

Bu yanaşma sahibkarlıq subyektlərinin vaxtına və maliyyə vəsaitinə qənaət etməklə yanaşı, kommersiya münasibətlərinin davamlılığını da qoruyur. Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununda da mediasiyanın könüllülük, bərabərlik, məxfilik və tərəflərin sərbəst iradəsi prinsipləri əsas götürülür ki, bu prinsiplər Sinqapur Konvensiyasının fəlsəfəsi ilə tam uzlaşır.

- Konvensiya icranı necə asanlaşdırır?

Konvensiyanın ən mühüm üstünlüklərindən biri ondan ibarətdir ki, mediasiya nəticəsində bağlanmış beynəlxalq barışıq sazişinin icrası üçün uzunmüddətli və mürəkkəb məhkəmə prosedurlarına ehtiyac azalır. Tərəflər Konvensiyaya qoşulmuş dövlətlərin səlahiyyətli orqanlarına müraciət etməklə həmin sazişin tanınmasını və icrasını tələb edə bilirlər.

Əlbəttə, Konvensiya müəyyən hallarda icradan imtina əsaslarını da nəzərdə tutur. Məsələn, sazişin qanun pozuntusu nəticəsində bağlanması, mediatorun ciddi peşə etikası pozuntusuna yol verməsi və ya sazişin ictimai qaydaya zidd olması kimi hallar mövcud olduqda icradan imtina edilə bilər. Bu isə həm hüquqi təhlükəsizliyi, həm də ədalət prinsipini təmin edir.

- Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Azərbaycan Respublikasında mediasiya institutu son illərdə sürətlə inkişaf edir və alternativ mübahisə həlli mexanizmi kimi öz mövqeyini möhkəmləndirir. Sinqapur Konvensiyası ölkəmizin beynəlxalq investisiya və ticarət mühitinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Konvensiyanın tətbiqi xarici investorlar və beynəlxalq biznes nümayəndələri üçün əlavə hüquqi təminat yaradır. Bu da Azərbaycanın etibarlı biznes tərəfdaşı kimi mövqeyini gücləndirə, investisiya mühitinin cəlbediciliyini artıra və beynəlxalq kommersiya münasibətlərində mediasiyanın tətbiq dairəsini genişləndirə bilər.

Bununla yanaşı, Konvensiyanın prinsipləri Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununun məqsədləri ilə uyğunluq təşkil edərək ölkəmizdə mediasiya mədəniyyətinin inkişafına və hüquqi islahatların dərinləşməsinə töhfə verir.

- Beynəlxalq ticarətdə rolu necə qiymətləndirilir?

Müasir dövrdə beynəlxalq ticarət münasibətlərinin sürətli inkişafı mübahisələrin operativ və səmərəli həllini zəruri edir. Bu baxımdan Sinqapur Konvensiyası beynəlxalq kommersiya mediasiyasının inkişafında mühüm dönüş nöqtəsi hesab olunur.

Konvensiya biznes subyektlərinə uzunmüddətli məhkəmə çəkişmələri əvəzinə daha çevik, daha az xərc tələb edən və tərəfdaşlıq münasibətlərini qoruyan həll yolu təqdim edir. Nəticədə beynəlxalq ticarətdə hüquqi risklər azalır, müqavilə intizamı güclənir və iqtisadi əməkdaşlığın davamlılığı təmin olunur.

Hesab edirəm ki, gələcəkdə Sinqapur Konvensiyasının tətbiq dairəsinin genişlənməsi beynəlxalq kommersiya mediasiyasının nüfuzunu daha da artıracaq və bu institut qlobal biznes mühitinin ayrılmaz hüquqi elementlərindən birinə çevriləcək.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,

"İlqaroğlu" Business Center, II mərtəbə.

Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44

E/ünvan:[email protected]

Şabran ofisi:

Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)

Tel.mob: (+994) 77 588.77.4

Məqalədə: #Hümmət Əliyev #Quba 1 saylı Mediasiya Təşkilatı #Hüquqşünas mediator #Hüquq Bələdçisi rubrikası #Sinqapur Konvensiyası

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
17:33
Ərəb Parlamenti Naurunun Qüdsdə səfirlik açmasını pisləyib
Ərəb Parlamenti Naurunun Qüdsdə səfirlik açmasını pisləyib
17:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.