10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

“Qara it şeytandır” hədisinin izahı və İslamda heyvanlara münasibət

Başqa bir rəvayətdə isə pis yolda olan bir qadının susuzluqdan əziyyət çəkən itə su verməsi səbəbindən Allah tərəfindən bağışlandığı qeyd olunur (Müslim, Tövbə 155).

13 Aprel 2025 20:20
“Qara it şeytandır” hədisinin izahı və İslamda heyvanlara münasibət

BAKI,AzerVoice

Məşhur hədis mənbələrində (Müslim 4; Əhməd 4/85; 5/54; Əbu Davud, Sayd 21; İbn Macə, Sayd 1) yer alan "Qara it şeytandır" ifadəsi çox zaman yanlış anlaşılır və müzakirələrə səbəb olur. Bu hədisin doğru başa düşülməsi üçün həm lüğəvi, həm də dini-terminoloji yanaşmalar nəzərə alınmalıdır.

"Şeytan" sözünün mənası

"Şeytan" sözü lüğəvi baxımdan "itaətdən çıxan, üsyan edən" mənasına gəlir. Bu baxımdan, itaət etməyən hər varlıq — istər insan, cin, heyvan, hətta maşın belə — bu sözlə lüğət mənasında ifadə edilə bilər. Yəni bu termin yalnız konkret bir varlıq növünə deyil, davranış xarakterinə görə istifadə olunur.

Hədisdə “şeytan” deyilməsi nə deməkdir?

Hədisdə keçən “Qara it şeytandır” ifadəsi, qara itlərin yaradılış xüsusiyyətlərinə diqqət çəkir. Bəzi təfsirçilərə görə (məsələn, İbn Kəsir, Təfsir, c.1, s.145), burada qara itlərin itaətsiz, sözə baxmayan və təhlükəli davranışlı olması vurğulanır. Hədisdə bu cür itlərin “şeytan” adlandırılması isə onların təhlükəli təbiətinə işarədir, yoxsa sözün əsil mənasında “şər ruh” mənasında başa düşülməməlidir.

İtlərin öldürülməsi ilə bağlı hədislər

Cabir ibn Abdullahdan rəvayət olunur ki, Rəsulullah (s.ə.v) əvvəlcə itlərin öldürülməsini əmr etdi və nəticədə hətta çöldən gələn qadının iti də öldürülmüşdü. Lakin sonradan bu əmri ləğv etdi və yalnız tamamilə qara, iki nöqtəli (xüsusiyyətli) itlərin öldürülməsini istədi. (Səhihi Müslim, 1, 1572)

Digər rəvayətlərdə isə bildirilir ki, ov və çoban itlərindən istifadə olunmasına icazə verilmiş, yəni bütün itlərin öldürülməsi yasaqlanmışdır (Səhihi Müslim, 1, 1573).

"Əl-Kəlb əl-Akur" nə deməkdir?

Hədislərdə istifadə olunan “əl-Kəlb əl-Akur” ifadəsi “vəhşi, hücum edən it” mənasındadır. Bu, ümumi ev itlərinə deyil, insanlara hücum edən, təhlükəli heyvanlara aiddir. İmam Nəvəvi, bu hədisi şərh edərkən bildirir ki, burada söhbət yalnız itdən deyil, bütün yırtıcı heyvanlardan — aslan, qaplan, qurd və s. gedir.

İmam Malik də eyni fikirdədir: əgər bir heyvan insanlara hücum edir və təhlükə yaradırsa, bu cür heyvanların öldürülməsi caizdir. Lakin zərər verməyən heyvanların öldürülməsi qadağandır (İbn Qudamə, əl-Şərhu’l-Kəbir, IV/14).

İslamda heyvanlara mərhəmət prinsipi

İslam dini canlılara qarşı mərhəməti əsas tutur. Məşhur bir hədisdə Rəsulullah (s.ə.v) bir adamın susuz bir itin halına acıdığı və ona su verdiyi üçün bağışlandığını bildirir. (Buxari, Şirb 9; Müslim, Salam 153)

Başqa bir rəvayətdə isə pis yolda olan bir qadının susuzluqdan əziyyət çəkən itə su verməsi səbəbindən Allah tərəfindən bağışlandığı qeyd olunur (Müslim, Tövbə 155).

Rəsulullah (s.ə.v) buyurmuşdur:
"Hər yaş ciyər sahibi canlıya edilən yaxşılıq üçün savab vardır."
Bu hədis heyvanlara qarşı davranışda mərhəmət və şəfqətin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Rəvayətlərə əsasən, "qara it şeytandır" ifadəsi bütün qara itlərin öldürülməsi əmrini vermir. Hədislərdə vurğulanan məqam, təhlükəli, hücum edən və nəzarətdən çıxmış heyvanlardır. İslam dini isə ümumilikdə canlılara qarşı mərhəmət və insaflı davranışı təşviq edir. Zərər verməyən heyvanlara qarşı zorakılıq nə dini, nə də əxlaqi baxımdan qəbul edilə bilməz.

Məqalədə: #Sual-cavab #İslam irsi #Hədis elmi #İbn Abbasın hədisləri #Qara it şeytandır hədisi #İslamda qara it #Peyğəmbərin qara it haqqında hədisi #Vəhşi it haqqında hədis #İslamda heyvanlara mərhəmət #İslamda it saxlamaq #Peyğəmbər və heyvanlara rəhm #Hədislərdə itlər haqqında məlumat #İslam fiqhi #Rəsulullah və canlılara qarşı mərhəmət #Qara it niyə şeytan adlandırılır? #Peyğəmbər niyə itlərin öldürülməsini əmr etdi? #İslamda hər it öldürülməlidirmi? #Qara itin öldürülməsi caizdirmi? #İtlərə su vermək savabdırmı?

Mövzu üzrə digər xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

00:21
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.