5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

Qurani-Kərim, İslam peyğəmbəri Məhəmməd Peyğəmbərə (s.ə.s.) və bütövlükdə müsəlman ümmətinə göndərilən ən böyük ilahi möcüzədir. Bu müqəddəs kitab təkcə bərəkət və şəfa qaynağı deyil, həm də insanların hidayətə, imana, ədalətə və gözəl əxlaqa yönəldilməsi üçün nazil edilmişdir. Qurani-Kərimlə bağlı müsəlmanların əsas vəzifəsi onu oxumaq, düşünmək və gündəlik həyatlarında tətbiq etməkdir. Eyni zamanda, bu kitabın təmiz və uca bir yerdə saxlanılması, ona qüsulsuz və dəstəmazlı halda toxunulması müsəlmana düşən ədəblərdəndir.

26 İyul 2026 12:00
Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

BAKI, VOA

Qurani-Kərim, İslam peyğəmbəri Məhəmməd Peyğəmbərə (s.ə.s.) və bütövlükdə müsəlman ümmətinə göndərilən ən böyük ilahi möcüzədir. Bu müqəddəs kitab təkcə bərəkət və şəfa qaynağı deyil, həm də insanların hidayətə, imana, ədalətə və gözəl əxlaqa yönəldilməsi üçün nazil edilmişdir. Qurani-Kərimlə bağlı müsəlmanların əsas vəzifəsi onu oxumaq, düşünmək və gündəlik həyatlarında tətbiq etməkdir. Eyni zamanda, bu kitabın təmiz və uca bir yerdə saxlanılması, ona qüsulsuz və dəstəmazlı halda toxunulması müsəlmana düşən ədəblərdəndir.

Bəzən Qurani-Kərimə göstərilən hörmət zahiri olur -yəni insanlar onu evdə büküb yüksək yerə qoyurlar, lakin oxumurlar. Digər hallarda isə Quran oxunsa da, onun saxlanılmasında və daşınmasında ehtiram qaydalarına riayət olunmur. Hər iki halda mövcud boşluqları aradan qaldırmaqla Quranla daha sağlam və düzgün əlaqə qurmaq mümkündür.

Bəzən insanlar Qurani-Kərimi avtomobildə saxlayır və ya asırlar. Bu addımın niyyətinə görə müxtəlif dini hökmlər tətbiq olunur. Əgər məqsəd sadəcə Qurani-Kərimi oxumaq, yadda saxlamaq və onunla savab qazanmaqdırsa, bu, bütün İslam alimlərinin ittifaqına görə icazəlidir. Yetər ki, Quran pak bir yerdə saxlanılsın və ona hörmətlə yanaşılsın.

Əgər Qurani-Kərimin avtomobildən asılması təhlükələrdən qorunmaq və ya bərəkət ummaq məqsədini daşıyırsa, bu barədə fiqh alimləri arasında iki əsas mövqe mövcuddur:

İcazəli hesab edənlər -Hənəfi, Maliki, Şafii və İmam Əhmədin bir görüşünə görə, Qurani-Kərimdən ayə və duaların boyundan, evdən və ya nəqliyyat vasitəsindən asılması caizdir. Bu, ibadət deyil, Allaha yönələn dualı bir vasitə kimi qiymətləndirilir. Bu mövqedə olan alimlərə Abdullah ibn Amr, Həzrət Aişə (r.a.), Səid ibn Müseyyib, İbn Sirin, Qurtubi, İbn Teymiyyə və digərləri daxildir.

Qadağan hesab edənlər - Bu görüşə əsasən, Qurani-Kərimdən ayələrin və duaların asılması Allaha şərik qoşmağa səbəb ola biləcək davranış kimi qiymətləndirilir. Rəvayət olunan bəzi hədislərə görə, bu cür əməllər İslamdan əvvəlki dövrlərdə batil niyyətlə yazılan muskalarla əlaqələndirilir. Bu səbəbdən bəzi səhabə və tabeinlər, məsələn, Abdullah ibn Məsud və İbrahim ən-Nəxəi kimi alimlər bu cür halların qarşısında ehtiyatlı olmağı tövsiyə ediblər.

Əsas prinsip: niyyət və təzim

İslam hüququnda "Əməllər niyyətlərə görə dəyərləndirilir" prinsipi əsas götürülür. Əgər bir şəxs Qurani-Kərimi avtomobilində saxlamaqla onu oxumaq, qorumaq və əməl etmək məqsədi güdürsə, bu, bütünlükdə məqbul hesab olunur. Lakin Qurani-Kərimə maddi və ya fövqəltəbii təsir vasitəsi kimi baxmaq, onun maddi forması (kağızı, qapağı və s.) ilə qorunacağına inanmaq, batil inanc və şirk (Allaha şərik qoşma) sayılır.

Nəinki avtomobildə, ümumiyyətlə, Qurani-Kərimlə münasibətdə əsas qayə onun həyatın mərkəzinə çevrilməsi, qəlbdə daşınması və gündəlik davranışlara tətbiq olunmasıdır. Qurani-Kərimi ehtiramla daşımaq savablıdır, amma ən böyük ehtiram onu başa düşərək oxumaq və yaşamaqdır.

Məqalədə: #Quran surəsi #Quran-Kərim #Quran #Qurani-Kərim #Yuxuda Quran görmək #Qurani Kərim #Qurani-Kərim ayələri #Quran və elm #Quran təfsiri #Quranda İblis #Qurani-Kərimdən bərəkət ummaq #Qurani-Kərimi maşından asmaq #Qurani-Kərim hörməti #Quranın qorunması #Quranla şəfa #Avtomobildə Quran daşımaq #Quran və batil inanc #Şirk nədir #Quran ayəsi asmaq #Təvəkkül və səbəb #Din alimlərinin fikri #Fiqh alimləri Quran #Quranla təbərrük #Quran yazısı və muskalar #Müsəlman davranışı #Quranı necə saxlamaq olar #Quran və müsəlman həyatı #İslamda qorunmaq yolları #Allaha şərik qoşma

Mövzu üzrə digər xəbərlər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

19:32
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.