Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?
Qurani-Kərim, İslam peyğəmbəri Məhəmməd Peyğəmbərə (s.ə.s.) və bütövlükdə müsəlman ümmətinə göndərilən ən böyük ilahi möcüzədir. Bu müqəddəs kitab təkcə bərəkət və şəfa qaynağı deyil, həm də insanların hidayətə, imana, ədalətə və gözəl əxlaqa yönəldilməsi üçün nazil edilmişdir. Qurani-Kərimlə bağlı müsəlmanların əsas vəzifəsi onu oxumaq, düşünmək və gündəlik həyatlarında tətbiq etməkdir. Eyni zamanda, bu kitabın təmiz və uca bir yerdə saxlanılması, ona qüsulsuz və dəstəmazlı halda toxunulması müsəlmana düşən ədəblərdəndir.
Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları
Qurani-Kərimin 36-cı surəsi olan Yasin surəsi 83 ayədən ibarətdir. Surə adını elə ilk ayəsindən götürmüşdür. İslam Peyğəmbəri tərəfindən bu adla çağırılan surə, Buxari və Tirmizi kimi mötəbər hədis kitablarında da bu adla zikr olunur. Surənin Quranın qəlbi olduğunu bildirən rəvayətlərə əsasən, ona "kəlbü’l-Quran" (Quranın qəlbi) da deyilmişdir, lakin bu ad geniş yayılmamışdır. Yasin surəsinin Məkkə dövrünün ortalarında nazil olduğu qəbul edilir.
Ağlın Yolu
Hamımız bu dünya həyatında ömür sürür, nemətlərdən istifadə edirik, bəla və müsibətlərdən qorxuruq. Əslində bu dünyanın təmiz və saf ağıl ilə müşahidə edilməsi bizə çox aydın bir həqiqəti göstərir: bu aləmdə bir nizam var. Nizam varsa, nizamlayan da vardır. Bu nizama “kosmos” da deyə bilərsiniz, “kainat” da. Adı nə olur-olsun, bu nizamın arxasında hikmətlə dolu bir iradə vardır. Qurani-Kərimdə buyurulur:
Nə üçün hər namazdan sonra Ayətəl-kürsi oxunur?
Namazdan sonra Ayətül-kürsinin oxunması ilə bağlı hədislər var. Hüseyn b. Əlinin rəvayət etdiyi hədisdə belə buyrulur ki , : “Allah Rəsulu , kim fərz namazlardan sonra “Ayətul-kürsi”ni oxuyarsa, növbəti namaza qədər Allahın nəzarətində olar”.
Bəqərə surəsi nədən bəhs edir?
Qurani-Kərimin 2-ci və ən uzun surəsi olan Bəqərə surəsi 286 ayədən ibarətdir və Mədinə dövründə nazil olmuşdur.
Fatimə əl-Fihri və Əl-Qaraviyyin Universiteti
Fatimə əl-Fihri tərəfindən qurulan Əl-Qaraviyyin Universiteti əsrlər boyu elmin və mədəni irsin inkişafına töhfə verərək, İslam dünyasının və dünyanın ən qədim ali təhsil müəssisələrindən biri kimi tarixdə öz izini qoymuşdur.