10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Süleymaniyyədə saxlanılan 4 əsrlik Qurani-Kərim sərgilənib

4 Aprel 2025 14:47
Süleymaniyyədə saxlanılan 4 əsrlik Qurani-Kərim sərgilənib

BAKI, AzerVoice

İraqın Süleymaniyyə şəhərində 400 il əvvəl yazıldığı güman edilən və nəsillər boyu qorunan Qurani-Kərim yerli əhalinin böyük marağına səbəb olub.

AzerVoice xəbər verir ki, Süleymaniyyədən olan İslam alimi Şeyx Həsən Gələzərdənin möhürü olan bu nadir Quran nüsxəsinin dörd əsr əvvəl yazıldığı təxmin edilir.

Tarixi əsər Süleymaniyyənin Gələzərdə kəndində şüşə qabda saxlanılır və şəhərdə keçirilən dini tədbirlər zamanı xalqa açıq şəkildə nümayiş etdirilir.

Vətəndaşlar arasında "Gələzərdə Quran" kimi tanınan bu müqəddəs kitab Süleymaniyyə Universitetinin təşkil etdiyi 2-ci İnanc Festivalı çərçivəsində sərgilənən ən dəyərli əlyazmalar arasında yer alıb. Quranın sülüs xətti ilə yazıldığı, 24x40 sm ölçülərində və 9 sm qalınlığında olduğu bildirilir.

Qeyd edək ki, Qurani-Kərimin bir səhifəsində Şeyx Həsən Gələzərdənin anası tərəfindən yazılmış qeyddə belə deyilir: “Yazımda hər hansı bir səhv varsa, məni bağışlayın”.

Süleymaniyyə Universitetinin İslam elmləri fakültəsinin professoru Adnan Hevremani bu Quran nüsxəsinin bölgə üçün əvəzsiz dəyərə malik olduğunu bildirərək, "Bu nüsxə 400 il əvvələ aiddir və Süleymaniyyədə and içərkən belə insanlar onu nümunə gətirirlər" deyib.

2015-ci ildə bərpa edilən bu tarixi Quran Əzhər Universitetinə aparılaraq orada mükafata layiq görülüb. Əsərin bəzi hissələrinin suya məruz qaldığı, lakin yazılarının toxunulmaz qaldığı qeyd olunur. Hevremani bu əsəri "pul və sərvətlə müqayisə edilməyəcək bir xəzinə" kimi qiymətləndirib.

Məqalədə: #Türkiyə #Qurani Kərim #Süleymaniyyə #Tarixi Quran nüsxəsi #Tarixi əlyazmalar #400 il əvvəl yazılmış Quran

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.