5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Müsəlman kişi qadın rəhbərin idarəsi altında işləyə bilərmi?

Namaz, oruc, zəkat, həcc kimi ibadətlərdə qadın və kişi eyni məsuliyyət daşıyır.

4 Oktyabr 2025 07:02
Müsəlman kişi qadın rəhbərin idarəsi altında işləyə bilərmi?

BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası

İslam dininə görə, bütün insanlar - qadın və kişi, irq və millətindən asılı olmayaraq - Allah qatında bərabərdirlər. Nə qadın kişidən üstündür, nə də kişi qadından. Hər ikisi də Adəmin övladlarıdır. Quranda buyurulur:

“Ey insanlar! Biz sizi bir kişi və qadından yaratdıq, xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyıb anlayasınız. Şübhəsiz, Allah yanında ən dəyərli olanınız ən təqvalı olanınızdır” (Hucurat, 13).

İbadətdə qadın və kişi bərabərdir

Namaz, oruc, zəkat, həcc kimi ibadətlərdə qadın və kişi eyni məsuliyyət daşıyır. Lakin bəzi hallarda qadınlara xüsusi asanlıqlar verilib. Məsələn, qadınlar aybaşı dövründə namaz qılmır və oruc tutmurlar. Həcc vacib olsa da, yanında məhrəm kişi olmadan getməyə məcbur deyillər.

İslam qadın və kişini yaradılışına uyğun rollarla mükəlləf edib. Peyğəmbərin qızı Fatiməyə ev işlərini, həyat yoldaşı Əliyə isə çöl işlərini tapşırması buna nümunədir. Amma eyni zamanda, bir-birinə kömək etmək də qadağan edilməyib.

Peyğəmbər ﷺ belə buyurub:

“Allah qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etmişdir.”

Qadın rəhbər ola bilərmi?

Bu mövzu İslam alimləri arasında müzakirə olunub. Peyğəmbər ﷺ demişdir:
“İşlərini qadına həvalə edən bir qövm nicat tapmaz.”

Bu söz, Sasani imperiyasında qadın hökmdarın taxta çıxması zamanı deyilmişdir.

Alimlərin ortaq fikri budur ki, qadın xəlifə ola bilməz. Çünki bu, müharibədə komandanlıq, camaata imamlıq, sərt və qəti qərarlar vermək kimi məsuliyyətlər tələb edir.

Eləcə də, əksər alimlər qadının qazı olmasını düzgün saymayıb. Amma bəzi alimlər (məsələn, Təbəri və İbn Hazm) qadının kişilər kimi ədalətli hökm verə biləcəyini deyiblər.

Qadının müdir və ya digər idarəçi işlərdə işləməsinə dair tarixi nümunələr var. Məsələn, Xəlifə Ömər (r.a.) Şifa bintu Abdullahı bazar nəzarətçisi təyin etmişdi.

Müasir yanaşma

Bəzi alimlər deyirlər ki: Qadın rəhbər ola bilər, amma şərtlə - əsas analıq vəzifəsini ikinci plana keçirməməli, naməhrəmlərlə münasibətdə dini qaydalara riayət etməli, kişilərə xas sahələrdə işləməməlidir.

Digərləri isə deyirlər ki: qadın evdə belə rəhbərlik etmirsə, daha böyük sahələrdə də rəhbər olmamalıdır (Nisa, 34-cü ayəyə istinadla).

Məqalədə: #Sual-cavab #Azərbaycan İslam ensiklopediyası #Hucurat #Peyğəmbərin qızı Fatimə #Peyğəmbər ﷺ #Qadın rəhbər ola bilərmi? #Sasani imperiyası #Təbəri #İbn Hazm #Xəlifə Ömər #Şifa bintu Abdullah

Mövzu üzrə digər xəbərlər

İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı
Səhabə həyatı

Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

28 İyun 09:00
Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər
İslam və həyat: Şəriət sualları

Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

14 İyun 10:51

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.