Bu il 2 minədək vətəndaş kirayə üsulu ilə ev alıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir. 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunların da 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür. Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
İran Hücum Təhdidi Altında: Rusiya Dəstəyə Hazırdırmı?
Məqalədə İran və Rusiya arasında artan strateji tərəfdaşlıq və hərbi əməkdaşlıq araşdırılır. Bununla belə, Rusiya Ukrayna müharibəsindəki məşğulluğu və regional balans səbəbindən İrana qarşı mümkün hücum zamanı birbaşa hərbi müdaxiləyə hazır görünmür.