Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib
Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib
QİAD və tərəfdaşları Qubada elmin kommersiyalaşdırılmasına start verib
“Startup School Quba” layihəsi çərçivəsində ADPU-nun Quba filialında “Elmin kommersiyalaşdırılması: Startap layihələrin formalaşdırılması və inkişafı” mövzusunda təlim uğurla təşkil olundu. Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı və ADPU-nun Quba filialı ilə birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək-QİAD platformasının və "Xınalıq Turizmin İnkişafına Dəstək İB-nin tərəfdaşlığı ilə təşkil olunaraq, regionda innovasiya və startap ekosisteminin inkişafına mühüm töhfə verdi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
3 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib. İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib.