7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib

1 Sentyabr 2026 16:53
Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.

Avqustun 31-də baş tutan tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub. İştirakçılara Cabir Məmmədovun həyat və fəaliyyətindən bəhs edən “Əməkdar həkim” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev cəmiyyətə uzun illər xidmət etmiş şəxsiyyətlərin həyat yolunun öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, Cabir Məmmədovun zəngin həyat və əmək yolunun kitab şəklində əbədiləşdirilməsini yüksək qiymətləndirərək müəlliflərə və tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkür edib.

Çıxışlarda “Zaman gələr, zaman gəlməz” kitabının yalnız həkimin həyat yolunu əks etdirən nəşr olmadığı, eyni zamanda insan ömrünün mənası, peşəyə sədaqət, xalqa xidmət və mənəvi dəyərlərə bağlılıq kimi prinsipləri özündə əks etdirən salnamə olduğu bildirilib. Qeyd olunub ki, kitab Cabir Məmmədovun xatirəsinin yaşadılması və onun həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Birliyin sədrinin baş müşaviri, aparat rəhbəri Rauf Aslanov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Zeynalov, kardioloq Nazim Şafiyev, tibb üzrə fəlsəfə doktoru Rafiq Kərimov, şəhid ailələrinin nümayəndələri, ədəbi tənqidçi Əsəd Cahangir, ziyalı Hacıbaba Bayramov, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, Əməkdar artist Ağalar Bayramov və ailə üzvü Rəşad Cabirli çıxış ediblər.

Sonda kitabın müəllifləri Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu nəşrin hazırlanması prosesindən və Cabir Məmmədovun həyat yolunun araşdırılmasından bəhs ediblər. Tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib və kitabın imza mərasimi keçirilib.

Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib
Məqalədə: #Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) #Yeni Azərbaycan Partiyası (YAP) #Azərbaycan Respublikasının Dövlət Himni #Quba Rayon #İcra Hakimiyyəti #Əməkdar həkim Cabir Məmmədov #Zaman gələr #zaman gəlməz #Nəhayət Şirinova #ərazi bütövlüyü uğrunda

Mövzu üzrə digər xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
Cəmiyyət

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev

11:00

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.