Barselona ilə FİFA arasında vəziyyət gərginləşib
İspaniyanın aparıcı klublarından olan Barselona mühüm oyunlar ərəfəsində ciddi itki ilə üzləşib. Barselonanın prezidenti Laporta isə yaranmış vəziyyətə görə FIFA-nın beynəlxalq oyun təqvimini sərt tənqid edib. O bildirib ki, sıx qrafik futbolçuların sağlamlığını risk altına qoyur və klubların maraqları nəzərə alınmır.
Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər
BAKI, AzerVoice Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər. AzerVoice xəbər verir ki, katalon klubu komandanın baş məşqçisinin müqaviləni 2028-ci ilin iyununa qədər uzatmaq istəyib-istəmədiyi ilə maraqlanır. Flik əvvəlcə 2026/27 mövsümündən sonra karyerasını başa vurmağı planlaşdırırdı, lakin indi planlarını dəyişə bilər.
Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur
Barselona klubunun prezidenti Joan Laporta, maliyyə böhranı səbəbindən Lionel Messinin komandadan ayrılmasının klubla münasibətlərdə gərginlik yaratdığını, lakin sonradan bu münasibətlərin bərpa olunduğunu bildirib. Messi 2021-ci ildə Barselonadan ayrılaraq PSJ klubuna keçmişdi. Klubun yeni müqavilə üçün vəsait ayıra bilməməsi səbəbindən baş verən bu ayrılıq həm azarkeşlər, həm də rəhbərlik üçün çətin dövr yaratmışdı.
Barselona rəhbərliyi Kamp Nou böhranı ilə üz-üzə - Laporta istefaya çağırılır
Barselona klubunun prezidenti Joan Laporta və rəhbərliyi, yenilənmiş Kamp Nou stadionuna dönüş tarixinin dəfələrlə təxirə salınması səbəbilə ciddi təzyiqlə üzləşib. Klub rəhbərliyi növbəti dəfə özünün müəyyən etdiyi son tarixə də əməl etməyib və bu, həm üzvlərin, həm də ictimaiyyətin narazılığına səbəb olub.