ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
Sessiya çərçivəsində Belarusa qarşı siyasi təzyiq xarakteri daşıyan bir sıra təşəbbüslər irəli sürülüb.
Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu
Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski hazırda ölkəmizdə səfərdədir.
TRIPP layihəsi regional iqtisadi inteqrasiyanı təmin edəcək - Ceyhun Bayramov
TRIPP layihəsi regional iqtisasi inteqrasya təmin edəcək
Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqro Baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş keçirilib. Bildirilib ki, nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq – Nazir
Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub.
Nazirlər Şurasının iclası ATƏT məkanında təhlükəsizlik böhranı fonunda keçirilir – XİN başçısı
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.
Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.
ATƏT-in Minsk Qrupu rəsmən ləğv olundu
ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib. Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu. Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına gəlir.
ATƏT PA-da Bakı–İrəvan parlament görüşü: Ermənistan tranzit qərarına görə Azərbaycana təşəkkür etdi
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov noyabrın 18-də Ermənistan parlament nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib. Millət vəkilinin sözlərinə görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.
Hakan Fidan Finlandiyaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan 4–5 noyabr tarixlərində Finlandiyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində o, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və parlament sədri Yussi Halla-Aho ilə görüşəcək. Diplomatik mənbələrdən bildirilib ki, Hakan Fidan bu ilin may ayında Antalyada keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Finlandiya xarici işlər nazirini Türkiyədə qəbul etmişdi.
ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonuna kimi başa çatacaq - XİN rəhbəri
ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonunadək başa çatacaq.