Türkiyədə 5 şəhərdə keçirilən əməliyyatda 26 şübhəli həbs edilib
Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Aydın, Hakkari, Ankara, Balıkəsir və Mersin vilayətlərində keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 26-sı barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə məhkəmə nəzarəti tədbiri tətbiq edilib, digər şəxslərlə bağlı istintaq davam etdirilir. Maliyyə Cinayətləri İstintaq İdarəsinin (MASAK) məlumatına görə, həbs edilən şübhəlilərin bank hesablarında ümumilikdə 1,2 milyard türk lirəsi həcmində pul dövriyyəsi aşkarlanıb və həmin hesablara qarşı ehtiyat tədbirləri görülüb.
Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat: 70-ə yaxın şübhəli həbs olunub
Türkiyədə İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları, cinayətkar dəstələrin ifşası və şübhəlilərin saxlanılması məqsədilə 15 iyul–13 avqust tarixləri arasında şəhər üzrə əməliyyatlar keçirib. Araşdırmalar nəticəsində "iş yerinə atəş açma", "hədə-qorxu", "quldurluq", "qəsdən xəsarət yetirmə", "icazəsiz silah istehsalı" və "qaçaqmalçılıq" kimi cinayətlərdə iştirak edən şəxslərin kimliyi və ünvanları müəyyən edilib.
Türkiyədə cinayət şəbəkəsinə qarşı əməliyyat keçirilib
Türkiyədə 11 şəhərdə mütəşəkkil cinayət şəbəkəsinə qarşı aparılan əməliyyat nəticəsində 33 nəfər həbs edilib.
Türkiyədə eyni anda 10 şəhərdə əməliyyat keçirilib
Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edərək, jandarma qüvvələrinin 10 vilayətdə 5 ayrı mütəşəkkil cinayət təşkilatına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 74 nəfərin saxlanıldığını bildirib.
İstanbulda cinayətkar dəstəsinə qarşı əməliyyatda 89 nəfər saxlanılıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbulda aparılan genişmiqyaslı əməliyyat nəticəsində qırmızı bülletenlə axtarılan İ.A.-nın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəyə qarşı ciddi zərbə vurulduğunu açıqlayıb.