11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 1.5 milyardlıq şəbəkə əməliyyatı ifşa edilib

26 May 2025 10:17
Türkiyədə 1.5 milyardlıq  şəbəkə əməliyyatı ifşa edilib

BAKI, AzerVoice

Türkiyədə iki cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyatda 33 nəfər həbs olunub.

AzerVoice xəbər verir ki, Sivas və Hatayda aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində iki ayrı mütəşəkkil cinayət qrupunun 56 üzvü saxlanılıb, onlardan 33-ü barəsində həbs qərarı çıxarılıb.

Daxili İşlər naziri Ali Yerlikayanın koordinasiyası ilə Yıldızeli və Samandağ Respublika Baş Prokurorluqlarının, Jandarma Baş Komandanlığının Kəşfiyyat, KOM və Kiber Cinayətlərlə Mübarizə şöbələrinin iştirakı ilə həyata keçirilən əməliyyatlar 10 şəhərdə – o cümlədən Adana, Antalya, Ankara, Qaziantep, İstanbul, Kocaeli, Balıkəsir və Ədirnədə keçirilib.

“Heç bir cinayət və cinayətkar cəzasız qalmayacaq. Mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizəmiz qətiyyətlə davam edəcək.” - deyə nazir sosial media hesabında paylaşım edərək əməliyyatlara rəhbərlik edən hüquq-mühafizə orqanlarını və əməkdaşları təbrik edib.

Sivasda fəaliyyət göstərən dəstə saxta rəqəmsal tətbiqlərlə vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək onları kripto valyuta hesablarına yönləndirməklə aldatmaqda ittiham edilir. Bu əməliyyatda 45 nəfər saxlanılıb.

Hatayda isə nəqliyyat vasitələrinin bazar qiymətindən ucuz satılacağı vədi ilə vətəndaşlardan ödəniş alaraq, çatdırılma zamanı onları aldatmaqda şübhəli bilinən 11 nəfər tutulub.

Araşdırmalar nəticəsində 1 milyard TL dəyərində 693 bank hesabı, 1.5 milyard TL dəyərində 41 kripto aktiv, həmçinin 10 iş yeri, 164 torpaq sahəsi, 41 daşınmaz əmlak, 27 nəqliyyat vasitəsi və 1 yanacaqdoldurma məntəqəsi ələ keçirilib.

Qeyd edək ki, əməliyyatlar MASAK (Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi) tərəfindən hazırlanan hesabatlar əsasında həyata keçirilib.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Hatay #mütəşəkkil cinayətkar #Edirnə #Sivas #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar #İstanbul mütəşəkkil cinayət əməliyyatı

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

10 Sentyabr 18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

10 Sentyabr 15:12

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.