6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə altı cinayət şəbəkəsi zərərsizləşdirilib

5 May 2025 09:14
Türkiyədə altı cinayət şəbəkəsi zərərsizləşdirilib

BAKI, AzerVoice

Türkiyənin dörd şəhərində mütəşəkkil cinayətkarlığa qarşi keçirilən əməliyyatlarda 71 nəfər saxlanılıb, onlardan 43-ü həbs edilib.

AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Dənizli, İzmir, Kırklareli və İstanbul vilayətlərində 6 ayrı mütəşəkkil cinayət qrupuna qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.

Nazirin sosial media hesabında paylaşdığı məlumata görə, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyası ilə həyata keçirilən əməliyyatlar nəticəsində 71 şübhəli saxlanılıb, onlardan 43-ü barəsində həbs qərarı çıxarılıb. 14 nəfər məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb, digər şübhəlilərlə bağlı hüquqi prosedur davam edir.

Əməliyyatlar çərçivəsində mütəşəkkil cinayətkar təşkilatlara rəhbərlik edən şəxslərdən bəzilərinin ölkə xaricinə qaçdığı, birinin isə xaricdə həbs edildiyi qeyd olunub. Saxlanılan şəxslərə qarşı insan alveri, qəsdən adam öldürməyə cəhd, silahlı basqın, dələduzluq, narkotik vasitələrin dövriyyəsi, kredit alveri və silah qaçaqmalçılığı kimi ağır cinayət ittihamları irəli sürülüb.

Qeyd edək ki, əməliyyatlar Respublika Baş Prokurorluğunun rəhbərliyi və KOM Baş İdarəsinin koordinasiyası ilə yerli təhlükəsizlik idarələrinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölmələri tərəfindən həyata keçirilib. Nazir Ali Yerlikaya uğurlu əməliyyata görə prokurorluq və polis əməkdaşlarını təbrik edib.

Məqalədə: #Türkiyə #İstanbul #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #mütəşəkkil cinayətkar #Mütəşəkkil cinayət qrupu #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar #İstanbul Respublika Baş Prokurorluğu

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.