İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi
Qərbi Azərbaycan İcması olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli mətbuat orqanlarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edirik.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın irqçi siyasətini pisləməyə çağırıb
Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılmışdır.
Avropa Parlamenti Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi - Qərbi Azərbaycan İcması
Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi.
ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qınayırıq - Qərbi Azərbaycan İcması
ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dair Azərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməyib və sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərində hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.
UNESCO-nun qlobal forumunda Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təqdim edilib
Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyası UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib.
Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb
Ermənistan tərəfindən doğma yurdlarından zorla çıxarılmış çoxsaylı azərbaycanlıları özündə birləşdirən və onların qayıdış hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq, biz 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik.
Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilir
Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda ikinci beynəlxalq konfrans keçirilir.
Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq - Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində alətə çevrilib - Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan Beşinci Rəyini qınayır.
Qərbi Azərbaycan İcmasından Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT
Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisi olan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi və müstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yol göstərən işıqdır.
Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq
Bu tələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanatında yer alıb.
Qərbi Azərbaycan İcmasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Qərbi Azərbaycan İcmasında Amerika Birləşmiş Ştatlarının Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen və İcma rəsmiləri arasında görüş keçirilib.