İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib
İsrail ordusu səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hava hücumları təşkil edib və çox sayda binanı partlayıcılarla dağıdıb. Bu hücumlar 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasının növbəti pozuntuları kimi qeydə alınıb.
Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı
HƏMAS-ın həyata keçirdiyi edam dalğasının fonunda, Qəzzanın cənubunda, Xан Yunus ərazisində İsrail dəstəyi ilə fəaliyyət göstərən silahlı qruplaşmanın komandiri Hüsam əl-Əstəl dünyanı Qəzza sakinlərini HƏMAS-dan “müdafiə” etməyə çağırıb.
Qəzzada “HƏMAS”la döyüşən silahlı qrupların aqibəti necə olacaq
İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.
İsrail Nasser xəstəxanasına üç dəfə hücum edib
Görüntülərə görə, ilk hücum yerli vaxtla saat 10:08-də xəstəxananın xarici pilləkənlərinə dəyib və Reuters fotojurnalisti Hussam əl-Masri həlak olub. Saat 10:17-də baş verən ikinci və üçüncü hücumlar eyni pilləkənləri hədəf alaraq ən çox ölümə səbəb olub. Armament Research Services (ARES) eksperti N. R. Jenzen-Jones, mərmilərin İsrailin M339 tank sursatlarına uyğun olduğunu, zərərin isə iki tankın eyni vaxtda atəş açdığını göstərdiyini bildirib. Planet Labs-ın peyk görüntüləri xəstəxanadan 2 km şimal-şərqdə İsrail hərbi bazasında tankların olduğunu təsdiqləyib.
Netanyahunun yalanı üzə çıxdı - Nasser hücumu planlı edilib
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Xan Yunisdə yerləşən Nasser xəstəxanasına edilən və 5-i jurnalist, 5-i tibb işçisi olmaqla 20 nəfərin həlak olduğu hücumu “faciəli qəza” adlandıraraq üzr istəyib. Lakin İsrailin Kanal 14 telekanalının hesabatına görə, hücumda iştirak edən əsgərlər bu əməliyyatın İsrail ordusunun yüksək komandanlığı tərəfindən təsdiqləndiyini və koordinasiya edildiyini açıqlayıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumda Reuters-dən Hosam əl-Masri, Əl-Cəzirədən Mohamed Salamah, Müstəqil Ərəbistan və AP-dən Məryəm Əbu Dekka, NBC News-dan Muaz Əbu Taha və Əhməd Əbu Əziz kimi jurnalistlər həlak olub. İsrail ordusu, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 244 jurnalistin öldürüldüyünü rəsmən qəbul etsə də, jurnalistləri hədəf almadığını iddia edərək istintaqa başladığını bildirib.
İsrail Qəzzaya hücumlarında yenidən dinc sakinləri hədəfə alıb
Səhər saatlarından etibarən İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində məcburi köçkünlərin yerləşdiyi çadırları, dinc əhalinin toplandığı əraziləri və humanitar yardım gözləyənləri hədəf alıb. Hücumlarda 5-i uşaq olmaqla ümumilikdə azı 24 fələstinli həyatını itirib, bir çoxu yaralanıb. Məlumatlara görə, hücumlar Sabra və Deyr Bəlax məhəllələrinə, Bassa rayonundakı ailə çadırlarına, Xan Yunis və Rəfah bölgələrinə yönəldilib. İsrail qüvvələrinin artilleriya atəşləri və bombalamaları nəticəsində evlər dağılıb, yardım paylama məntəqələrinə yaxın olan ərazilərdə də zərərli hadisələr baş verib.
HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib
Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.
Netanyahu İsrail ordusunun Qəzzadan geri çəkilməsi məsələsində mülayim mövqe sərgiləyib - İDDİA
Diplomatik mənbələr, İsrailin "Yedioth Ahronoth" qəzetinə bildiriblər ki, Baş nazir Benyamin Netanyahu İsrail ordusunun Qəzza Zolağının bəzi bölgələrindən geri çəkilməsi məsələsində daha mülayim mövqe sərgiləyib və atəşkəsdən sonra Moraq Dəhlizində hərbi mövcudluğunu davam etdirmək tələbindən imtina edib.
İsrail Qəzzada mülki əhalini hədəf alır
Bu gün səhər saatlarında İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 28 fələstinli həyatını itirib.
İsrail ordusu fələstinlilərə yeni hərbi əməliyyat barədə xəbərdarlıq edib
İsrail ordusu Qəzza şəhəri və ətraf bölgələrdəki fələstinlilərə yeni hərbi əməliyyat barədə xəbərdarlıq edib.
İsrail Qəzzanın müxtəlif bölgələrinə hücum edib - Ölənlər var
Məlumata əsasən, hücumlar nəticəsində aralarında qadınlar, uşaqlar və yardım gözləyən mülki şəxslərin də olduğu azı 24 fələstinli həlak olub, onlarla insan yaralanıb.