İsrail Livanın Sur şəhərinin bir hissəsi üçün təxliyə çağırışı edib
İsrail ordusu Livanın cənubunda yerləşən Sur şəhərinin Zuqaq əl-Mufdi məhəlləsində yaşayan sakinlərə ərazini təcili tərk etmələri barədə xəbərdarlıq edib. İsrail tərəfi mümkün əməliyyatın Hizbullah qüvvələrinə qarşı yönələcəyini iddia edir. Təxliyə çağırışında sakinlərə Zəhrani çayının şimal hissəsinə keçmək tövsiyə olunub. Hücumun vaxtı açıqlanmasa da, əvvəlki oxşar hadisələr göstərir ki, belə xəbərdarlıqlardan sonra qısa müddət ərzində hərbi əməliyyatlar həyata keçirilə bilir. Son çağırış İsrail və Hizbullah arasında artan gərginlik fonunda edilib və Livanın cənubunda yeni qarşıdurma riskləri ilə bağlı narahatlıqları daha da artırıb. Bölgədə təhlükəsizlik vəziyyəti diqqətlə izlənilir.
İsrail ordusu Sur şəhəri üçün köçürülmə xəbərdarlığı yayıb
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avixay Adrai Livanın Sur şəhərində bir neçə binanın yerləşdiyi ərazi üçün köçürülmə xəbərdarlığı yayıb. İsrail tərəfi həmin binaların Hizbullah tərəfindən istifadə edildiyini iddia edib və sakinlərdən ərazini tərk etməyi tələb edib.