İsraildə məktəblər ikinci gün də bağlı qalacaq
İsraildə təhlükəsizlik səbəbindən məktəblərin fəaliyyəti ikinci gün də dayandırılıb. Təhsil naziri Yoav Kiş bildirib ki, İranın hücumları dayandırdığına dair açıqlamalar verilməsinə baxmayaraq, ölkədə təhlükəsizlik vəziyyəti tam sabit hesab olunmur. Bu səbəbdən tədris müəssisələrinin bağlı saxlanılması barədə qərar qüvvədə qalır. İsrail ordusu daha əvvəl mülki əhali üçün təhlükəsizlik qaydalarını sərtləşdirib, kütləvi tədbirlərə məhdudiyyətlər tətbiq edib və məktəblərdə dərsləri dayandırıb. Təhsil Nazirliyi məktəblərin yaxın günlərdə yenidən açılmasını nəzərdən keçirsə də, bunun yalnız şagirdlərin təhlükəsizliyinin təmin olunacağı halda mümkün olacağını vurğulayır. Hakimiyyət orqanları vəziyyəti izləməyə davam edir və növbəti qərarların təhlükəsizlik qurumlarının qiymətləndirmələri əsasında veriləcəyini bildirirlər.
Almaniyada sığınacaq müraciətləri azalıb
Almaniyada bu ilin ilk altı ayında sığınacaq müraciətlərinin sayında azalma müşahidə olunub.