5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Brüsseldə evsizlərin sayı 10 minə çatıb

17 Aprel 2025 15:30
Brüsseldə evsizlərin sayı 10 minə çatıb

BAKI, AzerVoice

Brüsseldə təxmini 10 min nəfər küçədə və sığınacaqlarda yaşayır.

AzerVoice xəbər verir ki, Avropa Birliyi və NATO-nun mərkəzi sayılan Brüsseldə evsizlərin sayı son dörd ildə iki dəfə artaraq 9 min 777 nəfərə çatıb.

Onlardan 992-si isə küçələrdə gecələyir. Bu barədə Belçikada evsizliklə bağlı fəaliyyət göstərən Bruss'help təşkilatı məlumat yayıb.

6 noyabr 2024-cü il gecəsi aparılan son siyahıyaalma nəticəsində məlum olub ki, təxminənd 4 min nəfər qeyri-hökumət təşkilatları və ya yerli bələdiyyələrin təmin etdiyi müvəqqəti sığınacaqlarda və ya tərk edilmiş binalarda qalır. Bu, 2008-ci ildə qeydə alınan 1724 nəfərlə müqayisədə ciddi artımdır.

Bruss'help təşkilatının rəsmisi Eva Salman bildirib ki, 2020-ci ildə evsizlərin sayı 5 min 131 nəfər olub, bu da hazırkı rəqəmlərlə müqayisədə ikiqat artım deməkdir.

Evsizlərin əksəriyyəti “sans papier” – yəni ölkədə qeyri-qanuni şəkildə yaşayan, yaşamaq və işləmək icazəsi olmayan şəxslərdir. Belçikanın dolu qəbul mərkəzləri səbəbilə sığınacaq axtaran şəxsləri qəbul etməməsi vəziyyəti daha da ağırlaşdırır.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi və Brüssel məhkəmələrinin verdiyi çoxsaylı qərarlara baxmayaraq, Belçika hökuməti bu böhranı həll etmək üçün konkret addım atmır. Bruss'help hesabatında vurğulanır ki, problemin miqyası fərdi təşəbbüsləri aşır və siyasətçilərin daha strukturlaşdırılmış və humanist yanaşmalar tətbiq etməsi zəruridir.

Məqalədə: #Belçika #Brüssel #Evsizlik #Küçədə yaşayanlar #Sığınacaqlar #Hökumət tədbirləri #Humanist yanaşmalar

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Siyasət

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20 Avqust 11:20
“Fənərbağça”  Lukakunu heyətinə qatır
Digər Xəbərlər

“Fənərbağça” Lukakunu heyətinə qatır

11 Avqust 14:09
Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır
Digər Dövlətlər

Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

18 İyul 19:17

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.