Yunanıstan Fələstin Dövlətini doğru zamanda tanıyacaq – Miçotakis
İsrailin Qəzzada mülki əhaliyə qarşı hücumları beynəlxalq ictimaiyyətdə sərt reaksiyalara səbəb olarkən, bir çox Qərb ölkəsi Fələstin dövlətini tanımayacaqlarını açıqlamışdı. Lakin Yunanıstan Baş naziri Kiryakos Miçotakis Selanikdə keçirilən 89-cu Beynəlxalq Sərgi çərçivəsində verdiyi açıqlama ilə diqqət çəkib. AzerVoice xəbər verir ki, Miçotakis Yunanıstanın Fələstin dövlətini tanıyacağını vurğulayaraq bildirib. “Buradakı əsas məsələ nə vaxt, hansı şəkildə və hansı zamanlamanı düzgün seçəcəyimizdir.”-deyə o qeyd edib. Baş nazir əlavə edib ki, nihai məqsəd iki dövlətli həll modelidir.
İsrailli Əsgər Qəzzada Mülki Şəxslərin Öldürülməsini Etiraf Etdi
Müsahibələrdən birində Qəzzada üç dəfə hərbi əməliyyatda iştirak etmiş israilli ehtiyat əsgəri etiraf edib ki, xidmət etdiyi bölməyə tez-tez “qadağan zona” elan edilən ərazilərə daxil olan hər kəsə – təhlükə yaratsın və ya yaratmasın – atəş açmaq əmri verilirdi.