Ərdoğan Pakistanda sel qurbanlarına dəstəyini bildiriib
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən açıqlamaya əsasən, görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Pakistanda baş verən sel və torpaq sürüşmələri nəticəsində yaranan itkilərə görə Şərifə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib. O, Türkiyənin qardaş Pakistan xalqının yanında olduğunu, yardım səylərini davam etdirdiyini və daha hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.
Türk şirkətləri Pakistan sahillərində neft axtarışına başlayır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan sahillərində türk şirkətlərinin ilk dəfə olaraq neft və təbii qaz axtarışı aparacağını açıqlayıb.
Türkiyə və Pakistan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası keçiriləcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər 9 iyul 2025-ci ildə Pakistana rəsmi səfər edəcəklər.