Səudiyyə Ərəbistanı Suriyada dağıntıların aradan qaldırılması və sosial reabilitasiyaya yönəlmiş layihələrə başlayıb
Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.
Səudiyyə İslahatları - Səhradan Gələcəyə,Post-Neft Dövrünə Keçidin Uğur Formulu
Son beş ildə Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında dərin, strukturlaşdırılmış və çoxşaxəli islahatlar mərhələsinə qədəm qoyub.