Küveyt beynəlxalq uçuşları mərhələli şəkildə bərpa edir
Küveyt bəzi beynəlxalq aviareyslərin fəaliyyətini yenidən bərpa etmək qərarına gəlib. Bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb. Qərar Körfəz, ərəb və digər xarici aviaşirkətləri əhatə edir. Uçuşların məhdud sayda həyata keçiriləcəyi bildirilib. Hələlik reys cədvəli açıqlanmayıb. Uçuşların 4-cü terminal üzərindən təşkil olunacağı qeyd edilir. Bu ayın əvvəlində hava limanının 1-ci terminalı pilotsuz uçuş aparatı hücumuna məruz qalmışdı. Hücum nəticəsində insan itkisi və ciddi dağıntılar qeydə alınmışdı.
AJet-dən yeni marşrut - Ankara-Tbilisi uçuşları başlayır
Bolat sosial media hesabında, “Tiflis marşrutu ilə Ankaranı 24 ölkənin 31 şəhəri ilə birləşdiririk. Oktyabrın sonunda Madrid və Barselonaya uçuşlar əlavə olunacaq, beləliklə, 25 ölkənin 33 şəhərinə çatacağıq,” - deyə bildirib. O, Brüssel, Milan və Roma uçuşları üzərində də işlədiklərini qeyd edib. Bolat, Ankaranı bölgənin yüksəliş mərkəzi kimi yerləşdirmək məqsədilə iş ortaqları və sənaye təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb. “Ankara üçün hava körpüsü yaratmaqla kifayətlənmirik, onu qlobal miqyasda tanıdacaq layihələrə start veririk,” deyən Bolat, Tbilisi, Madrid və Barselona uçuşlarının bu hədəfin mühüm addımları olduğunu bildirib.
Türkiyə hava məkanında tranzit uçuşlarda tarixi rekord
Avqustun 10-da Türkiyə hava məkanından 1 873 tranzit uçuş həyata keçirilib və bu göstərici bütün zamanların rekordunu yeniləyib. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, həmin gün 1 873 tranzit uçuşla tarixdə ən yüksək göstərici qeydə alınıb. Avqustun 9-da isə ümumilikdə 6 330 uçuşla ən yüksək gündəlik hava trafiki rəqəminə çatılıb. Rekord günündə orta hesabla hər 13,6 saniyədə bir uçuş reallaşıb.
”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
Sabiha Gökçen Hava Limanı bir gündə 7 rekord qırıb
İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı (ISG) 27 iyul tarixində eyni gündə yeddi müxtəlif göstərici üzrə rekord yeniləyib.
Türkiyə hava sahəsində liderliyini sübut edir - Uraloğlu
Türkiyə hava məkanında gündəlik tranzit uçuşlar və ümumi təyyarə trafikində bütün zamanların rekord səviyyəsi qeydə alınıb.
İranın şimalındakı hava limanı yenidən beynəlxalq uçuşlar üçün açılıb
İranın şimalındakı Gilan əyalətinin hava limanı təxminən bir aydan sonra yenidən beynəlxalq uçuşlar üçün açılıb.
Türk Hava Yolları 9 ildən sonra Misrataya uçuşları bərpa edir
Türk Hava Yolları (THY) 2015-ci ildən bəri fasilə verdiyi İstanbul–Misrata reyslərini bu il sentyabrın 2-dən etibarən yenidən həyata keçirəcək.
AJet 13 ildən sonra Sabiha Gökçendən Dəməşqə ilk uçuşunu edib
AJet-in Sabiha Gökçen Hava Limanından Dəməşqə ilk uçuşu uğurla tamamlanıb.