Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək - Səlahiyyətli nümayəndə
Naxçıvanda keçirilən forumda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.
Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev
Xankəndi şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Zəngəzur dəhlizinin qəbul edilməsi Azərbaycanın əsas tələblərinin tanınması deməkdir - Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmalarla yanaşı, Azərbaycanla ABŞ arasında imzalanan sazişlərin bölgədə sülh üçün ümidverici mənzərə yaratdığını bildirib. Nazir qeyd edib ki, hadisələrin ilk günündən etibarən ABŞ rəsmiləri Azərbaycanla təmaslara başlayıb və bu proses Türkiyə ilə də daimi məsləhətləşmələr şəklində davam edib. Fidan bildirib ki, Zəngəzur dəhlizinin elan olunması, Azərbaycanın əvvəldən ortaya qoyduğu əsas tələblərin prinsip etibarilə qəbul edilməsi deməkdir. O, bu mərhələdə dəhlizlə bağlı konkret bir razılaşmanın olmadığını, ancaq konseptual olaraq qəbul edildiyini və bunun tərəflər arasında müzakirə olunacağını deyib.
Zəngəzur Dəhlizi layihəsinin tam şəkildə həyata keçirilməsi iqtisadi əməkdaşlığa töhfə verəcək - Ərdoğan
Zəngəzur Dəhlizi layihəsinin bütün komponentləri ilə həyata keçirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə çıxaracaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib
Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik. O bildirib ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birlikdə aparılır:
Zəngəzur dəhlizinin reallaşdırılması üçün işlər davam edir - AKP sədr müavini
Zəngəzur dəhlizinin reallaşdırılması üçün işlər davam edir.
Prezidentin köməkçisi ABŞ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə ABŞ-nin Zəngəzur dəhlizi layihəsində potensial iştirakı ilə bağlı şayiələri şərh edib.
Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı
Hesabata görə, Bakı-Tbilisi-Qars marşrutunun yüklənməsinin azaldılması üçün aktual tədbirlərdən biri Zəngəzur dəhlizinin – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 43 kilometrlik dəmir yolu sahəsinin istifadəyə verilməsi ola bilər.
Zəngəzur məsələsi Azərbaycan və Ermənistanın suveren işidir - Peskov
Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistan və Azərbaycanın suveren işidir.
Zəngəzur dəhlizi regional sabitliyin və inkişafın təməli ola bilər - Ərdoğan
Zəngəzur Dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, bölgədəki digər ölkələr üçün də faydalı olacaq. Biz bu dəhlizi həmçinin geo-iqtisadi baxımdan son dərəcə önəmli bir məsələ kimi görürük.