7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

Hesabata görə, Bakı-Tbilisi-Qars marşrutunun yüklənməsinin azaldılması üçün aktual tədbirlərdən biri Zəngəzur dəhlizinin – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 43 kilometrlik dəmir yolu sahəsinin istifadəyə verilməsi ola bilər.

25 İyul 2025 17:50
Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

BAKI, AzerVoice

Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələrinə faydalı olacaq.

AzerVoice xəbər verir ki, bu barədə Özbəkistan nəqliyyat nazirliyinin tərəfdaşları ilə birgə hazırladığı analitik hesabatda deyilir.

Hesabata görə, Bakı-Tbilisi-Qars marşrutunun yüklənməsinin azaldılması üçün aktual tədbirlərdən biri Zəngəzur dəhlizinin – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 43 kilometrlik dəmir yolu sahəsinin istifadəyə verilməsi ola bilər.

"Bu "Asiya–Avropa" nəqliyyat-loqistika zəncirində iştirak edən ölkələrə müsbət təsir göstərəcək, Asiya ölkələrinin Avropa bazarına quru yollarla çıxışını asanlaşdıracaq, regionun loqistika imkanlarını genişləndirəcək və tranzit xidmətlərinə xarici tələbatı artıracaq.

Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolunda yük qatarları Gürcüstan ərazisindən 250 km məsafə qət etməli olur, halbuki Zəngəzur dəhlizi ilə bu məsafə xeyli qısadır.

Əgər dəmir yolu xətləri sərhədə yaxın yerləşən Ağbənd kəndinədək uzadılarsa, Azərbaycanla Türkiyə arasındakı ümumi məsafə 343 kilometr azalacaq. Bu isə yükdaşımalar zamanı həm vaxt, həm də maliyyə baxımından qənaətə səbəb olacaq, həmçinin Gürcüstan üzərindən keçən mövcud marşrutla müqayisədə yolu bir gün qısaldacaq.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Bakı-Tbilisi-Qars xəttinin əhəmiyyətini azaltmayacaq. Hər iki marşrut bir-birini tamamlayacaq və regional logistikanın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Məqalədə: #Özbəkistan #Naxçıvan #Bakı-Tbilisi-Qars #Zəngəzur dəhlizi #Zəngəzur #Bakı–Tbilisi–Qars #Bakı-Tbilisi-Qars dəmir yolu #Zəngəzur dəhlizi əhəmiyyəti

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.