6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Zəngəzur Dəhlizi layihəsinin tam şəkildə həyata keçirilməsi iqtisadi əməkdaşlığa töhfə verəcək - Ərdoğan

Zəngəzur Dəhlizi layihəsinin bütün komponentləri ilə həyata keçirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə çıxaracaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

25 Avqust 2025 21:09
Zəngəzur Dəhlizi layihəsinin tam şəkildə həyata keçirilməsi iqtisadi əməkdaşlığa töhfə verəcək - Ərdoğan

BAKI, AzerVoice, Səməd Əyyubov

Zəngəzur Dəhlizi layihəsinin bütün komponentləri ilə həyata keçirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə çıxaracaq.

AzerVoice xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“22 avqust, cümə günü ölkəmizlə birlikdə Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyan bir layihənin təməlini qoyduq. Zəngəzur Dəhlizinin qapısını açacaq Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin inşasına başlamağın qürurunu yaşadıq. Bildiyiniz kimi, Zəngəzur Dəhlizi bütün bölgəmiz üçün sülh layihəsidir. Onun tam şəkildə həyata keçirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığa yeni bir mərhələ qazandıracaq” – deyə, Ərdoğan vurğulayıb.

Prezident qeyd edib ki, layihənin əsasını təşkil edən 224 kilometrlik Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu iki xəttli, elektrikləşdirilmiş və siqnalla idarə olunan formada inşa olunacaq:

“Bu xətt vasitəsilə ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq. Ümumi dəyəri 2,4 milyard avro olan layihə istifadəyə verildikdən sonra Çindən İngiltərəyə uzanan beynəlxalq ticarət marşrutu daha səmərəli olacaq. Layihə həmçinin Xəzər və Aralıq dənizlərini birləşdirərək Şərq və Cənub-Şərqi Anadolunun istehsal gücünə, ixracına və nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə verəcək.”

“Həm ölkəmiz, həm də bölgəmiz üçün böyük əhəmiyyət daşıyan Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin xeyirli və uğurlu olmasını arzulayıram” - deyə, Ərdoğan yekunlaşdırıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Ermənistan #Zəngəzur dəhlizi #Cənub Qaz Dəhlizi #Zəngəzur #nəqliyyat dəhlizi #Zəngəzur dəhlizi əhəmiyyəti #Zəngəzur dəhlizi razılaşması #Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti #Kars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xətti

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.