AJet-dən yeni marşrut - Ankara-Tbilisi uçuşları başlayır
Bolat sosial media hesabında, “Tiflis marşrutu ilə Ankaranı 24 ölkənin 31 şəhəri ilə birləşdiririk. Oktyabrın sonunda Madrid və Barselonaya uçuşlar əlavə olunacaq, beləliklə, 25 ölkənin 33 şəhərinə çatacağıq,” - deyə bildirib. O, Brüssel, Milan və Roma uçuşları üzərində də işlədiklərini qeyd edib. Bolat, Ankaranı bölgənin yüksəliş mərkəzi kimi yerləşdirmək məqsədilə iş ortaqları və sənaye təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb. “Ankara üçün hava körpüsü yaratmaqla kifayətlənmirik, onu qlobal miqyasda tanıdacaq layihələrə start veririk,” deyən Bolat, Tbilisi, Madrid və Barselona uçuşlarının bu hədəfin mühüm addımları olduğunu bildirib.
”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
Türkiyədən Suriyanın Hələb şəhərinə birbaşa aviareyslər açılır
AJet bu ilin iyulunda paytaxt Dəməşqə həyata keçirdiyi ilk uçuşdan sonra uçuş şəbəkəsini genişləndirərək Yaxın Şərqin daha bir önəmli şəhərini marşrutlarına əlavə edib.
AJet 13 ildən sonra Sabiha Gökçendən Dəməşqə ilk uçuşunu edib
AJet-in Sabiha Gökçen Hava Limanından Dəməşqə ilk uçuşu uğurla tamamlanıb.
AJet 14 yeni nəsil təyyarə üçün icarə müqaviləsi imzalayıb
Türkiyənin ən gənc hava yolu şirkəti AJet Paris Aviasiya Sərgisində 14 ədəd Airbus A321neo təyyarəsinin icarəsi üçün Avolon və Carlyle Aviation Partners şirkətləri ilə müqavilə imzalayıb.