Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.
Şabran şəhərində yeni Mediator Otağı istifadəyə verildi
Quba 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə Şabran şəhərində “Xızı, Siyəzən və Şabran rayon əhalisi üçün Mediator Otağı” istifadəyə verildi.