İstanbul Valiliyi Enriko Masyasın konsertini ləğv etdi
İstanbul Valiliyi, İsrailə dəstək açıqlamaları ilə tanınan Əlcəzair əsilli fransız müğənni Enriko Masyasın konsertinin keçirilməyəcəyini bildirib. Masyasın 5 sentyabr Cümə günü Harbiye Açıqhava Səhnəsində planlaşdırılan tədbiri, geniş ictimai etirazlar və boykot çağırışları səbəbilə rəsmən ləğv olunub. Valiliyin açıqlamasında qərarın, şəhərdə ictimai asayişin qorunması və potensial gərginliklərin qarşısının alınması məqsədilə verildiyi vurğulanıb. Sənətçinin konsertinə qarşı sosial mediada başlayan etiraz kampaniyaları, müxtəlif ictimai və mədəni qurumların da dəstəyi ilə sürətlə yayılmışdı. Bunun ardınca tədbirin ləğvi ilə bağlı tələb və çağırışlar gündəmə gəlmişdi.
İsrailə yeni silah lisenziyaları dayandırılıb - İtaliya
İtaliya hökuməti İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı hücumlardan sonra bu ölkəyə silah ixracını dayandırdığını açıqlayıb.
Almaniya hökuməti İsrailə 4 milyon avroluq silah ixracına icazə verib
Almaniya hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracına icazə verib.