ABŞ və İran arasında razılaşma gecikdirilməməlidir - Çin XİN
Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması üçün təcili və hərtərəfli razılaşmanın əldə olunmasının vacibliyini bildirib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı müharibənin yenidən alovlanmasının arzuolunmaz olduğunu vurğulayıb və atəşkəsin gecikdirilmədən təmin edilməsinin zəruriliyini qeyd edib
İran rəsmilərinin İsrail tərəfindən öldürülməsi qəbulolunmazdır – Çin XİN
Çin Xarici İşlər Nazirliyi İsrailin İran liderlərini və rəsmi şəxslərini hədəf alan sui-qəsd əməliyyatlarını kəskin şəkildə pisləyib. Pekin bu cür hərbi fəaliyyətləri beynəlxalq normaların pozulması kimi qiymətləndirərək "qəbulolunmaz" adlandırıb. Pekindən verilən rəsmi bəyanatda bildirilir ki, siyasi və hərbi liderlərin hədəf alınması regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırır və diplomatik həll yollarını çətinləşdirir. Çin tərəfi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və zorakılıq dövranını dayandırmağa çağırıb.
Çin Avropa Komissiyasının İttihamlarını Rədd Edir
Çin Xarici İşlər Nazirliyi Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin Pekinin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmaq çağırışına sərt cavab verib.
İranın nüvə məsələsində sülh və diplomatiya vacibdir - Çin
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Yaxın Şərqdəki gərginlik fonunda İranın nüvə fəaliyyətləri ilə bağlı mövqeyini açıqlayıb.
Hakan Fidan Çinli həmkarı ilə regional məsələləri müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə görüş keçirib.