Silahların dövlətə təhvil verilməsi bütün tərəflərin marağına uyğundur - Livanlı nazir
Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.
Cunblat Partiyasının silahlarını Livan ordusuna təhvil verdi
Livanın tanınmış druz lideri və Proqressiv Sosialist Partiyasının sabiq sədri Valid Cunblat ölkəsindəki bütün silahlı qrupların, o cümlədən İranın dəstəklədiyi Hizbullahın da silahlarını Livan dövlətinə təhvil verməli olduğunu bildirib.