6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Silahların dövlətə təhvil verilməsi bütün tərəflərin marağına uyğundur - Livanlı nazir

Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.

25 Avqust 2025 18:47
Silahların dövlətə təhvil verilməsi bütün tərəflərin marağına uyğundur - Livanlı nazir

BAKI, AzerVoice, Səməd Əyyubov

Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb.

AzerVoice xəbər verir ki, Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.

Xatırladaq ki, günün əvvəlində Hizbullah və “Amal” hərəkatı hökumətin silahların dövlətin nəzarətinə verilməsi ilə bağlı qərarına etiraz olaraq küçə aksiyasına çağırış etmişdi. Birgə bəyanatda onlar “müqavimət silahını vətəni müdafiə edən şərəfli silah” adlandıraraq, xarici təzyiqlərə boyun əyməməyə çağırmışdılar.

Lakin bir neçə saat sonra hər iki təşkilat aksiyanı təxirə saldıqlarını açıqlayaraq, bunun dialoq üçün fürsət yaratmaq məqsədi daşıdığını bildirdilər. Bu, Hizbullahın hökumətin silahların yalnız dövlətin əlində olması qərarına qarşı ilk dəfə rəsmi şəkildə küçə etirazına çağırışı idi. Bundan əvvəl isə tərəfdarları motosikletlərlə Beyrut küçələrində yürüşlər edərək bu qərara etirazlarını nümayiş etdirmişdilər.

Qeyd edək ki, Livan hökuməti avqustun əvvəlində silahların yalnız dövlətin əlində olması barədə qərar qəbul edib və orduya ayın sonunadək bununla bağlı plan hazırlamağı tapşırıb. Silahların təhvil verilməsi isə bu ilin sonuna qədər başa çatmalıdır. Baş nazir Nəvvaf Salam və prezident Cozef Aun bu qərarı misilsiz addım kimi qiymətləndiriblər.

Məqalədə: #Livan #Hizbullah #silah #silahlar #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullah Livan ordusu #Livan silahlı qüvvələri və Hizbullah #Hizbullah silahları təhvil verir #Hizbullah ideologiyası və Livan dövləti #Hizbullahın Livan ordusuna inteqrasiyası mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edəcəkmi? #Hizbullahın ideoloji inancı Livan ordusu ilə uzlaşırmı? #Hizbullah niyə Livan ordusuna qatılmaq istəyir? #Hizbullahın Livan dövlətinə təslim olması mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edə bilərmi? #Hizbullah silahlarını nə vaxt təhvil verəcək? #Hizbullahın İranla əlaqəsi Livan üçün təhlükəlidirmi? #Livan Hizbullah #Hizbullah silahı #Hizbullah və Livan ordusu #Hizbullah silah təhvili #Hizbullah Livan böhranı #Hizbullah silahsızlaşdırma #Hizbullah silah təhvili məsələsi #Hizbullah silahların alınması qərarı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

5 Sentyabr 11:51

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.