Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı Bakıda keçirilən rəsmi tədbirlər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
ABŞ dronları hava məkanımızı pozur - Əfqanıstan
Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid, ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozduğunu və bu dronların Pakistan ərazisindən keçərək daxil olduğunu bildirib. Mücahid “Tolo News” telekanalına açıqlamasında deyib ki, İstanbulda keçirilən danışıqlarda Pakistan tərəfi Əfqanıstan ərazisinin onlara qarşı istifadə edilməməsini tələb edib, eyni şəkildə Kabil də Pakistan ərazisinin və hava məkanının Əfqanıstana qarşı istifadəsinə etirazını bildirib.
Ərdoğan Nobelə Layiqdir - Qlobal Sülhə Vasitəçi Lider
Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi 2000-ci illərin əvvəllərindən bu yana, Ankara yalnız ölkə daxilində deyil, bölgədə və beynəlxalq arenada da aktiv vasitəçi rolu ilə çıxış edib.