"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir. Bu münasibətlə 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertləri ölkəmizə təşrif buyurub.
Fidan İslam Əməkdaşlıq Təşkilatının Qəzza üzrə toplantısına sədrlik edəcək
Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.
İƏT İsrailin Qəzzaya qarşı hərbi əməliyyatları ilə bağlı təcili iclas keçirəcək
Məlumata görə, təşkilata üzv ölkələrin xarici işlər nazirləri İsrailin hücumlarını və Qəzzanı tam işğal etməyə dair planlarını müzakirə edəcəklər. İclasda İsrailin həyata keçirdiyi işğal, kütləvi qətl, blokada, aclıq təhlükəsi və əhalinin məcburi köçürülməsi kimi beynəlxalq hüquqa zidd addımlarına qarşı ortaq mövqenin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Ərdoğan Nobelə Layiqdir - Qlobal Sülhə Vasitəçi Lider
Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi 2000-ci illərin əvvəllərindən bu yana, Ankara yalnız ölkə daxilində deyil, bölgədə və beynəlxalq arenada da aktiv vasitəçi rolu ilə çıxış edib.